Jurnalistlər İlqar Atabəyli və Cənan Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı sona çatıb. Reportyor.info xəbər verir ki, bu gün keçirilən prosesdə jurnalistlərə hökm oxunub. İlqar Atabəyli və Sənan Abdullayevin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sənan Abdullayev və İlqar Atayev 10 avqust 2021-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.