Tanınmış jurnalist Aygün Muradxanlı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Aygün Muradxanlı özü məlumat verib. O, namizədliyini irəli sürəcəyi dairənin də adını açıqlayıb:
“28 saylı Sabunçu III Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədliyimi irəli sürdüm. Bakının ən qədim kəndlərindən doğma Maştağanı, Nardaranı, Bilgəhi, Zabratı, Kürdəxanını parlamentdə təmsil etməyə iddialıyam. Müəllimlərimin, kəndimizin ağsaqqal və aydınlarının israrlı təkliflərindən keçə bilmədim. Ümid edirəm, ölkəmizdəki yenilik dalğası Bakı kəndlərinindən yan keçməyəcək.
Dostlardan xeyir-dua, seçicilərimdən 9 fevralda aktivlik gözləyirəm”.
Qeyd edək ki, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı Eldar Quliyev də namizədliyini irəli sürüb.