25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Jurnalist binalarında kommunal xidmətlər dayandırılır

22 May 2024, 14:45
Cəmiyyət
A A
Jurnalist binalarında kommunal xidmətlər dayandırılır

Bakının Bayıl qəsəbəsində jurnalistlər üçün inşa olunmuş binaların idarəetməsi ilə bağlı problem yaranıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda binanın idarəetməsi ilə məşğul olan “Jurnalist Evi” MMC iyunun 1-dən etibarən fəaliyyətinə son verməyi planlaşdırır.

Buna səbəb isə bina sakinlərinin əksəriyyətinin “Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina etməsidir.

Yaranmış problemi araşdıran zaman məlum olur ki, buna səbəb sakinlərin böyük əksəriyyətinin kommunal xərcləri ödəməməsidir. Bina sakini olan jurnalistlərin bir qismi hesab edir ki, evi onlara dövlət verib, buna görə də xidmət haqqı ödəməməlidirlər.

Onların bəziləri ilə söhbət zamanı “Dövlət bu evi bizə hədiyyə verib, biz xidmət haqqı niyə ödəməliyik?” sualını da ünvanlayıblar.

Məsələ ondadır ki, artıq tamamilə özəlləşdirilmiş, xidməti istifadə üçün nəzərdə tutulmamış bu evlərin xeyli hissəsi ya satılıb, ya da yüksək məbləğlərə kirayə verilib.

Jurnalistlərin yaşadıqları binalarda yaranmış problemlər barədə danışan, adının çəkilməsini istəməyən sakin deyib ki, yığılıb qalmış xidmət haqqı borcları artmaqda davam edir.

“Amma sakinlər ⁠yüksək xidmət, kartla işləyən lift, “üztanıma qurğusu”, modern şlaqbaum kimi tələblər irəli sürürlər. Halbuki aylıq kommunal xidmət haqqını ödəmirlər. Üstəlik, ərazini də çox natəmiz saxlayırlar, hər şeyi dağıdıb tökürlər. Məsələn, binanın həyətində uşaq idman meydançası qurulmuşdu, amma çox az bir vaxtda yararsız hala salındı. Çox təəssüf ki, bəzən jurnalistlər öz aralarında kütləvi şəkildə ödənişdən yayınmağa çağırış edirlər. Amma nəticədə burda yaşayan, xidmət haqqını ödəyib-ödəməyən hamının özü və ailəsi problemlərlə qarşılaşır. Liftlər, bloklar, həyət baxımsız hala düşür. Binanın “komendatı” da (“Jurnalist Evi” MMC-nin səlahiyyətli nümayəndəsi-red.) bildirir ki, sakinlər xidmət haqqını vermirlər, əgər binanın problemlərini həll etmək üçün aylıq xidmət haqqı yığılmırsa, problemlər necə həll oluna bilər? Belə olanda komendanta da bir söz demək olmur. Bütün bunları deyən, müzakirəyə çıxaran bir neçə nəfəri də “jurnalist həmrəyliyinə ziyan vuran” adlandırırlar. Halbuki biz burda qonşuyuq, özümüzün və ailəmizin şəxsi rahatlığı üçün yaşadığımız yeri təmiz saxlamalı, burda xidmət edən işçilərin maaşını ödəməliyik, kommunal xərclər yığılıb qalmamalıdır” – deyə o bildirib.

Araşdırma zamanı o da məlum olub ki, yığımlar çox az olduğu üçün “Jurnalist Evi” MMC lift və su xidmətinə, tullantıların daşınması xidmətinə borclanıb, hətta işçilərin minimum əmək haqqı həcmində olan maaşlarının ödənilməsi də mümkünsüzləşib.

“Azərsu” ASC-dən Lent.az-ın borcla bağlı sorğusuna cavab olaraq bildirilib ki, abonentə borcunun olmasına dair sonuncu ayın bildirişi göndərilir və növbəti ay borc ödənilməzsə, suyun verilişi dayandırılır: “Suyun kəsilməsinə əsas verəcək elə bir borc miqdarı yoxdur. Həmin şəxsə borcu olduğu barədə bildiriş verilir. Bildirişdən sonra növbəti aya qədər abonent borcunu ödəməyibsə və ikinci ayın bildirişini alırsa, suyun verilişi dayandırılır. Bu borc 1 manat da ola bilər, 100 manat da. Abonentin öhdəliyidir ki, ona verilmiş bildirişdən sonra 1 ay müddətində borcunu ödəsin”.

“Azərişıq” ASC-dən isə bildirilib ki, abonentə bildirişi aldıqdan sonra 1 ay müddətində möhlət verilir. Həmin müddət ərzində əgər borc ödənilməyibsə, abonentə elektrik enerjisinin verilişi dayandırılır.

Hər iki qurumdan “Jurnalist Evi” MMC-nin borcu ilə bağlı detallı məlumat verilməyib.

Qeyd edək ki, bir neçə ay əvvəl yığıma və digər təşkilati məsələlərə nəzarət üçün sakinlərin özlərinin xahişi ilə sakinlərdən ibarət Müşahidə Şurası yaradılıb. Lakin bu da problemləri həll etməyib.

Hətta jurnalist binalarının sakinləri xidmət haqqının məbləğinin 35 qəpiyə endirilməsini xahiş ediblər, bu məbləği tam və vaxtında ödəyəcəklərinə söz veriblər. Bundan sonra xidmət haqqı 35 qəpiyə endirilsə də, sakinlər bu məbləği də ödəməkdən imtina edib, borc daha da çoxalıb.

MEDİA Agentliyindən bildirilib ki, Agentliyin Nizamnaməsində jurnalist binalarının sakinlərinə xidmət göstərmək kimi bir vəzifə nəzərdə tutulmayıb: “Bu günə qədər bu xidmətin göstərilməyə davam etməsinin səbəbi indiyəqədərki təcrübəni tətbiq etmək, sakinləri çıxılmaz vəziyyətdə qoymamaq olub. Lakin hazırda belə bir fəaliyyətin davam etməsi üçün hüquqi əsas yoxdur. Çünki sakinlər “Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina edir, bu səbəbdən hazırda MMC və sakinlər arasında münasibətlərin hüquqi əsası yoxdur, yəni “Jurnalist Evi” MMC-nin sakinlər qarşısında hər hansı vəzifə və öhdəliyi mövcud deyil. Ümumi mənada isə müqavilə olmadan MMC-nin xidmət göstərməyə davam etməsi mümkünsüzdür”.

Media Agentliyi tərəfindən sakinlərə “Jurnalist Evi” MMC-nin ləğv edilməsi, özlərinin təşəbbüsü ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC-nin) yaradılması təklif edilib, prosedur izah olunub, lakin onlar bu təklif barədə də razılığa gələ bilməyiblər.

Əvvəlki yazı

Cavanşir Feyziyevin firmasını cərimələdilər

Sonrakı yazı

Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır – Analiz

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.