Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən “Report”a verilən məlumata görə, yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənib. Onlara kəskin inhalasyon zəhərlənmə diqanozu qoyulub.