OneWhale assosiasiyasının açıqlamasına görə, Norveç dilində balina mənasını verən “hval” və Rusiya prezidenti Vladimir Putinin adından ilhamlanan “Hvaldimir” balina sonuncu dəfə İsveçin qərbində Hunnesbostrand yaxınlığında görülüb. Beluga balinalarının cəmləşdiyi Arktika dənizinin əks istiqamətinə normaldan daha sürətli hərəkət etdiyi bildirilən Hvaldimirin öz yoldaşı tapmaq üçün bu yolu izləyə biləcəyi ifadə edilib. Balina ilk dəfə 2019-cu ildə Norveç yaxınlığında boynunda kamera kəməri ilə görülüb və onun insanlara öyrəşdiyini göstərən davranışlar nümayiş etdirdiyi üçün casusluğa öyrədildiyi iddia edilib.