19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İsveç – Azərbaycan oyununda erməni təxribatı ola bilər

27 Mart 2023, 13:44
İdman
A A
İsveç – Azərbaycan oyununda erməni təxribatı ola bilər

İsveçdəki erməni icmasının üzvlərinin Stokholmda İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda törətmək istədikləri mümkün təxribatın yeni detalları üzə çıxıb.

Bu barədə “Report”a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

Diaspor rəhbərinin sözlərinə görə, ermənilər matçda açmaq üçün yeni bannerlər hazırlayıblar:

“Bu informasiya ilk gündən bizə ötürülüb. Məlumatları hüquq-mühafizə orqanlarına təqdim etmişik, indiyədək onlarla əlaqə saxlayırıq. Sizə göndərdiyim foto ermənilərin hazırladığı son bannerdir. Stadionda qanunsuz aksiya keçirmək istəyirlər. Təbii ki, Konqres üzvləri olaraq buna qarşı çıxacaq, həmin plakatların açılmamasına çalışacağıq. Çünki bu cür hallar İsveç qanunlarına ziddir. Stadionda yalnız yerli ölkə və Azərbaycan bayraqları ola bilər”.

Mirzəyev bildirib ki, ermənilər çirkin əməllərini həyata keçirmək məqsədilə oyuna təqribən 100-200 bilet alıblar:

“Onlar qondarma “Artsax” bayraqları ilə stadiona gəlmək, üzərində “Laçın yolu açılsın” yazılmış banner sərgiləmək istəyirlər. Dünən də polislərlə danışmışam. Bu məsələnin üstünə ciddi düşüblər. Həm biz, həm də isveçlilər oyunda hansısa insidentin olmasını istəmirik. Ona görə yerli azarkeşlər də bizim tərəfimizdədirlər. Bu, futboldur, siyasi şüar səsləndirmək qanunsuzdur. İsveç mətbuatına da bununla bağlı açıqlama vermişik, demişik ki, ermənilər özlərini aqressiv aparırlar, diaspor fəaliyyətinə zidd hərəkətlərə hazırlaşırlar. İsveçdə “Facebook” materialları rəsmi sənəd sayılır. Odur ki, yerli polis buna reaksiya verməli, məsələni araşdırmalıdır”.

O, məsələnin İsveç Futbol Federasiyasında da qaldırılmasına çalışdıqlarını əlavə edib:

“Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovla birlikdə şənbə günü milli komanda və AFFA rəhbərliyi ilə görüşümüz olub. Həm onları, həm də əfsanəvi futbolçumuz İqor Ponomaryovu məlumatlandırmışıq ki, bu gün İsveç Futbol Federasiyasının iclası olacaq. İstəyirik ki, AFFA bu məsələni həmin yığıncaqda da qaldırsın və mümkün təxribatın qarşısı alınsın. Sözsüz ki, banner hazırlamaq qanunsuz deyil, amma onu stadiona keçirmək olmaz”.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla mümkün təxribatla bağlı bütün qabaqlayıcı addımların atıldığını vurğulayıb:

“Bu söhbətlər ilk dəfə ortaya çıxmağa başlayanda UEFA-ya məlumat verilib. Azərbaycanın İsveçdəki səfirliyi ilə daimi təmaslarımız olur. Səfirin özü də bizimlə görüşüb. AFFA məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarını da məlumatlandırıb”.

Qeyd edək ki, bu gün Stokholmun Solna bölgəsindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Əvvəlki yazı

Mədət Quliyevə yeni müavin təyin edildi – DOSYE

Sonrakı yazı

Lavrov: “Yeni dünya nizamı həll olunur, Rusiya isə…

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.