Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, Konstitusiyaya görə, bu gün Prezident İlham Əliyev and içdikdən dərhal sonra hökumət tam tərkibdə istefaya göndərilib. Söhbət aşağıdakı vəzifələri tutan şəxslərdən gedir:
Baş nazir Artur Rasizadə
Baş nazirin birinci müavini Yaqub Eyyubov
Baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
Xarici işlər naziri Elmar Məmmədyarov
Müdafiə naziri Zakir Həsənov
Ədliyyə naziri Fikrət Məmmədov
Daxili işlər naziri Ramil Usubov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Müdafiə sənayesi naziri Yavər Camalov
Maliyyə naziri Samir Şərifov
Vergilər naziri Mikayıl Cabbarov
İqtisadiyyat naziri Şahin Mustafayev
Kənd təsərrüfatı naziri Heydər Əsədov
Energetika naziri Pərviz Şahbazov
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Səhiyyə naziri Oqtay Şirəliyev
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov
Gənclər və idman naziri Azad Rəhimov
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.
Təhsil naziri və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postları isə boşdur.