04-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İSTANBULDA SEÇKİ YENİLƏNİR –Müxalifətin namizədi yenidən prosesə qatılacaqmı?

07 May 2019, 11:17
Manşet
A A
İSTANBULDA SEÇKİ YENİLƏNİR –Müxalifətin namizədi yenidən prosesə qatılacaqmı?

Raqib Soylu

“Middle East Eye”, 06.05.2019

 

Seçki pozuntularına dair şikayətlərdən bir həftə sonra Türkiyənin Yüksək Seçki Qurumu (YSK) İstanbuldakı son bələdiyyə seçkilərinin nəticələrini ləğv edib və gələn ay şəhərdə keçiriləcək yeni seçkinin tarixini təyin edib.

Bazar ertəsi günü, axşam verilən açıqlamada YSK-nın 11 hakimindən 7-nin İstanbulda keçiriləcək mart seçkilərinin nəticələrini ləğv edilməsinə səs verdiyi məlum olub.

Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə başçı Əkrəm İmamoğlu təxminən 14 min çox səs qazanıb, nəticəyə hakim Ədalət və İnkişaf Partiyası (AKP) etiraz edib.

YSK İstanbuldakı bir sıra seçki məntəqələri üzvlərinin dövlət qulluqçusu olmadığını iddia etdikdən sonra təkrar seçki keçirilməsi qərarı verib.

Türkiyə qanunvericiliyinə görə, seçkilərin səmərəli keçirilməsini təmin etmək üçün prosesə dövlət qulluqçuları cəlb olunmalıdır.

AKP əvvəl də bir neçə seçki məntəqəsi işçisinin özəl sektor təmsilçisi olduğunu iddia etmişdi.

Bazar ertəsi günü etdiyi şərhdə YSK yeni seçkini tarixini açıqlayıb: iyunun 23-ü.

 

Müxalifət tərəfdarları etiraz edir

Bülletenlərdə, İmamoğlu da daxil olmaqla, eyni namizədlərin adı olacaq və o, tərəfdarlarına ümidi itirməməyə çağırıb.

İstanbulun bir çox yerlərində YSK qərarına etiraz edən adamlar çömçə və tavalarla küçələrə çıxıblar.

İmamoğlu, Bazar ertəsi günü, gecə saatlarında şəhərin Beylikdüzü məhəlləsində böyük tərəfdar kütləsinə səslənərək seçki nəticələrinin ləğv etmə qərarını pisləyib.

O, YSK-nı hökumətin təzyiqi altında qərar qəbul etməkdə ittiham edib. “YSK seçki məntəqələrində qanun pozuntuları olduğunu söyləyir. Ötən il prezident seçkiləri və parlament seçkilərini də eyni seçki heyəti keçirib. Onda həmin seçkilərin nəticələri də ləğv edilməlidir.

Biz təslim olmayacağıq. İnanıram ki, Türkiyə bütünlüklə bizimlədir”.

AKP-nin açıqlamasına görə, YSK İmamoğlunun İstanbul bələdiyyə başçısı mandatını da ləğv edib.

 

“İnsanların iradəsinə hörmət et”

YSK-nın qərarına AKP səlahiyyətliləri və tərəfdarlarının təpkisi fərqli olub.

Partiyanın sözçüsü Ömər Çelik televiziyada etdiyi şərhdə müxalifətin qərara hörmət göstərməli olduğunu söyləyib. “Nəticələr necə olursa-olsun, növbəti seçkidə insanların iradəsinə hörmət göstərəcəyik”.

“Bu qərarla, yeni seçki tələbimiz bərqərar edilmişdir”, – Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən yaydığı məlumatda partiya nümayəndəsi Rəcəb Özel bildirib.

Özel ayrıca günün əvvəlində YSK-nın qərarını təsdiqləyib. O, “Twitter”-də yazıb: “Seçki yenilənir. Xeyirli olsun”.

AKP-nin İstanbulun bələdiyyə başçılığına namizədi olan Binəli Yıldırım 31 Martda məğlub olub, lakin sonra partiyası seçki fırıldağı iddialarını gündəmə gətirib.

AKP nümayəndələri nəticələrə etiraz olaraq YSK-ya bir sıra şikayətlər təqdim ediblər. İddiaya görə, İstanbulda səs vermək hüququna malik olmayan bir neçə min nəfər Böyük Şəhərdə səs verib.

Bələdiyyə başçılığı yarışında 25 ildə ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bağlı partiya şəhərə nəzarətini itirib.

AKP yerli seçkilərdə paytaxt Ankarada və digər mühüm yerlərdə 2002-ci ildən bəri ən böyük məğlubiyyətə məruz qalıb.

Türkiyənin iqtisadi və mədəni paytaxtı kimi simvolik əhəmiyyətindən başqa, İstanbul Böyük Şəhər Bələdiyyəsi (İBB) 7,5 milyard dollarlıq büdcə və geniş məşğulluq imkanları da daxil olmaqla, mühüm məkandır.

Tərcümə: Strateq.az

WhatsAppFacebookFacebook MessengerTwitterShare
Əvvəlki yazı

Prezidentin köməkçisi:”Dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlanmalıdır”

Sonrakı yazı

”Baku Medikal Plaza”da daha bir ana ölümü

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.