2035-ci ildə İstanbul 18 milyonluq əhali ilə Avropanın ən çox əhalisi olan şəhəri statusunu qazanacaq.
Reportyor.info xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Şurasının “Qlobal Tendensiyalar 2040-cı il” hesabatında deyilir.
Siyahıya görə, İstanbuldan sonra müvafiq olaraq Paris, London, Madrid və Ankara qərarlaşır.
Həmçinin deyilir ki, 2040-ci ilə kimi dünya əhalisinin sayı təxminən 1,4 milyard artaraq 9,2 milyarda çatacaq. (Axar.az)