İsrail döyüş təyyarələri Qəzza zolağına hücumlarını davam etdirdikcə, ölənlərin sayı artır.
İsrail ötən gecə hücumlar həyata keçirərkən, hücumlarda 2 nəfər həyatını itirib, yaralılar isə Əl-Əqsa xəstəxanasında müalicə olunub.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada 2 nəfərin daha ölməsi ilə ölənlərin sayının 31-ə yüksəldiyi qeyd edilib.
Açıqlamada həyatını itirənlərin 26 yaşlı Uday əl-Louh və 38 yaşlı Alyan Abu Vadi olduğu bildirilib.
Hücumlarda yaralananların sayının 95 olduğu açıqlanıb.