Fələstin İslami Cihad Hərəkatının lideri Xader Adnanın aclıq aksiyası səbəbilə İsrail həbsxanasında ölməsindən sonra dünən gecə yenidən qarşıdurmalar alovlanıb.
Qəzzada baş verən qarşıdurmalardan sonra İsrail və Fələstin qrupları atəşkəs əldə edib. Razılaşmada Misir, Qətər və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmilərinin vasitəçilik etdiyi bildirilib.
86 gündür aclıq aksiyası keçirən Xader Adnanın İsrail həbsxanasında vəfat etməsindən sonra İsraillə Fələstin arasında gərginlik yenidən artıb və Qəzza zolağından İsrailin cənubuna 37 raket atılıb.
Hücum zamanı 12 nəfər yaralansa da, itki yoxdur. İsrail də Fələstinin hücumlarına cavab olaraq Qəzza zolağına hava zərbələri endirib.