04-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İsrail təkzib edir: “Turistlər Azərbaycana uça bilər”

26 Sentyabr 2019, 13:48
Gündəm, Seçmə
A A
İsrail təkzib edir: “Turistlər Azərbaycana uça bilər”

Qarşıdan gələn oktyabr israillilər üçün üç həftəlik yəhudi tətilidir, bu müddətdə ölkə əhalisinin demək olar ki, üçdə biri Yəhudi Dövlətindən kənara çıxır.

İsraillilərin coğrafi meylləri olduqca müxtəlifdir – ənənəvi olaraq İsrail ilə müharibə edən və onunla diplomatik münasibətləri olmayan bir neçə bölgə istisna olmaqla, bu, əslində bütün dünyadır – ABŞ, Argentinadan tutmuş Yaponiya və Avstraliyaya qədər.

Son on ildə İsrailin yerli sakinləri, keçmiş SSRİ ölkələrini intensiv olaraq kəşf etməyə başladılar ki, bu da ümumiyyətlə, məntiqlidir: baxmayaraq ki, İsraildə keçmiş SSRİ-dən milyon yarım immiqrant yaşayır, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə hətta Yəhudi Dövlətini “Rusdilli bir ölkə” adlandırıb, keçmiş Sovet İttifaqının suveren dövlətləri arasındakı coğrafi, siyasi, etnoqrafik və mədəni fərqləri ümumiyyətlə bilməyən yerli israillilər bu boşluğu doldurmağa çalışırlar; eyni zamanda, təhlükəsizlik mövzusunda İsrail Milli Təhlükəsizlik Baş Qərargahından xaricə gedənlərə edilən istənilən xəbərdarlıqlara həssaslıqla yanaşırlar.

İsraildəki bəzi rusdilli mediada bu gün dərc olunan və dərhal Runetin geniş ərazilərinə yayılan yazılara nəzər salsaq görərik ki, İsrail turistlərinə tətil üçün, xüsusən də “İranı əhatə edən” və Yaxın Şərq ölkələrinə səyahət etmək tövsiyə edilmir- bu çərçivədə Gürcüstan, Ermənistan və Türkmənistan qeyd olunur və Azərbaycana sonuncu- real ehtiyac olmadan səyahət etməkdən çəkinməyi və ölkədə olarkən təhlükəsizlik tədbirləri görməyi nəzərdə tutan 4-cü təhlükə kateqoriyası təyin edilib.

Milli Təhlükəsizlik Qərargahının nümayəndəsi məsələ ilə bağlı sualıma belə cavab verdi: “Qərargahın tövsiyələrində, İsrail turistlərinin təhlükəsizliyinə real təhlükə yarada biləcək silahlı toqquşmaların müşahidə olunduğu Dağlıq Qarabağın ərazisinə getməyin təhlükəli olduğu nəzərdə tutulur.

Azərbaycanın xatırlanması onun bütövlüyünü dəstəkləyən İsrailin Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab etməsi ilə izah olunur.

Baş Qərargah İsrail vətəndaşlarının Azərbaycana səfərləri ilə bağlı digər məhdudiyyətlər nəzərdə tutmayıb”.

Baş Qərargahın açıqlaması, AZAL-ın İsraildəki nümayəndəliyinin rəhbəri, eyni zamanda İsrailin İSRAIR aviaşirkətinin Tel Əviv – Bakı – Tel-Əviv uçuşları üçün biletlərin satışına cavabdeh olan Veniamin Kurmayevin verdiyi məlumatlar fonunda olduqca məntiqli görünür.

Onun sözlərinə görə, yəhudi tətilində Bakıya uçuşlar üçün artıq yeddi min yerə bilet satılıb və sifarişlərin sayı artmaqda davam edir.

Bundan əlavə, Veniamin Kurmayev İsrail və Azərbaycan arasında turist axınlarının təşkili ilə məşğul olan bir sıra özəl qurumların məlumatlarını təsdiqləyib, qeyd edib ki, təkcə ötən 2018-ci illə müqayisədə Azərbaycana səfər etmək istəyən israilli turistlərin sayı təxminən 25-30 faiz artıb.

Və sonuncusu.

İsrailin Milli Təhlükəsizlik Baş Qərargahından verilən bütün xəbərdarlıqların “dəqiq və təsdiq edilmiş kəşfiyyat məlumatlarına” əsaslandığına heç bir şübhə yoxdur.

Peşəkar kadrlarla komplektləşdirilmiş bu struktur çoxdan işləyir, zəngin təcrübəyə malikdir və bir qayda olaraq, səhvlərə yol vermir.

Şübhə doğuran başqa şeydir-bəzi İsrail KİV-lərinin olduqca spesifik məlumatları yoxlamadan, dəqiqləşdirmədən, mahiyyətinə varmadan və qeyri-peşəkarcasına yaymaları; halbuki Bakıya hazırlaşan 7 min nəfər israillinin ən azı birindən soruşmaq olardı ki, o niyə biletləri və bron edilmiş otelləri ləğv etməyi düşünmür, əksinə, olduqca yaxşı əhval-ruhiyyədədir və Azərbaycan mətbəxinin qastronomik yeniliklərinin xəyalı ilə yəhudi tətilində “dördüncü təhlükə kateqoriyasına” daxil olan ölkəyə uçur?!

Əvvəlki yazı

Hafiz Hacıyev Avropadan şok faktlarla qayıdıb – Video

Sonrakı yazı

İqtidardan açılım: “Azadlıq”, “Meydan” TV və…blokdan çıxdı – Qərar

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.