İsrail ordusunun qırıcıları Qəzza zolağında və İordan çayının qərb sahilində beş qəsəbəyə hücum edib.
“Yerusəlim Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh vurulub:
“Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Ramallah şəhəri yaxınlığındakı Karavat Bəni Zeyd və Kəfr Ayn yaşayış məntəqələri, Bakat əl-Xətab kəndi və Nablusun qərbindəki Azun qəsəbəsində əməliyyatlar keçirib”.