İsrail Qəzza sektoru ərazisindən raket atəşinə məruz qalıb.
“Report” “RT”ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Qəzzadan İsrailə bir neçə raket atılıb. İsrail ordusunun “Twitter”dəki səhifəsinin xəbərinə görə, raketlərdən birini ələ keçirmək mümkün olub.
“Qəzza sektorundan İsrail ərazisinə 9 raketin atılması qeydə alınıb. Onlardan biri raket əleyhinə “Dəmir künbəz” müdafiə sistemi tərəfindən ələ keçirilib”, – deyə məlumatda göstərilir.
Bundan əvvəl də İsrail ordusu Qəzza sektorundan atəşə məruz qaldığını bildirib.