İsrailin Qəzzaya hücumları 5-ci günündə də davam edir. İsrail döyüş təyyarələri Qəzza zolağının müxtəlif yerlərində 6 evi bombalayaraq dağıdıb. İsrailin evləri bombaladığı anlar kameralara əks olunub. Fələstin mənbələrinin məlumatına görə, Cəbəli qaçqın düşərgəsinin yaxınlığında yerləşən Nabhan və Əl-Hav ailəsinə aid iki ev İsrail qüvvələrinin hədəfində və dəfələrlə vurulub. Nusseyrat qaçqın düşərgəsinin də birbaşa İsrail döyüş təyyarələri tərəfindən hədəf alındığı öyrənilib.
İsrailin hücumları nəticəsində Qəzza zolağının şimalında Əl Şanbəri ailəsinə aid bir ev və Əl Zaytun rayonundakı Tafeş və Selmi ailələrinin evləri də tamamilə dağılıb.
Fələstin Səhiyyə Nazirliyinin bombaladığı evlərdə ölən və ya yaralananların sayı ilə bağlı məlumat verilməsə də, hücuma məruz qalan evlərin ətrafındakı strukturlara ziyan dəydiyi bildirilib. Digər tərəfdən Fələstin Səhiyyə Nazirliyi çərşənbə axşamı İsrailin Qəzza zolağına başlatdığı hücumlarda 34 nəfərin öldüyünü, 147 nəfərin yaralandığını açıqlayıb.