İspaniyanın Portuqaliya ilə sərhədində yerləşən Ekstremadura muxtar vilayətinin Kaseres şəhərinin şimalındakı Sierra de Qata və Las Hurdes bölgələrində meşə yanğınları ilə mübarizə aparılır.
Bildirilib ki, güclü külək səbəbindən alov sürətlə irəliləsə də, hava şəraiti alova havadan müdaxilə etməyi çətinləşdirib. 260 yanğınsöndürən və 165 əsgərin müdaxilə etdiyi yanğınla əlaqədar Kadalso, Descargamaria və Robledillo de Gata kəndlərində 600 nəfər təxliyə edilib. Ərazidə hər üç yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğınların yandırma nəticəsində baş verdiyi ehtimal edilir. Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, ötən il İspaniyada baş verən 493 yanğında 307 min hektar ərazi kül olub.