13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İsmayıllıda 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

19 Fevral 2020, 19:35
Uncategorized
A A
İsmayıllıda 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Yanvarın 19-da İsmayıllıda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərinin Mərkəzi meydanındakı abidəsi ziyarət olunub,rayon rəhbərliyi,hüquq-mühafizə  orqanlarının əməkdaşları,ictimaiyyətin nümayəndələri abidənin önünə tər çiçək dəstələri düzüblər.

Tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin foyesində yığıncaq iştirakçıları rayonun sosial-iqtisadi inkişafını,kənd təsərrüfatını, sənayesini, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurları və turizm potensialını əks etdirən sərgiyə baxıblar.

Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açıb, qonaqları və yığıncağa dəvət olunanları salamlayıb.2019-cu ilin bütövlükdə ölkəmiz, eyni zamanda İsmayıllı rayonu üçün də uğurlu il olduğunu diqqətə çatdırıb. İlin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin icra olunduğunu,dayanıqlı inkişafın təmin edildiyini bildirib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dünya ölkələri ilə ikitərəfli əlaqələrin genişləndiyini,çoxtərəfli əməkdaşlığın formalaşdığını söyləyib.

RİH-nin başçısı “İsmayıllı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə geniş məruzə edib.

Qeyd olunub ki, 2019-cu ildə rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Şəhərin mərkəzində 4 ulduzlu otel binası, “Azərxalça” ASC-nin ikinci xalça istehsalı müəssisəsi, 100 yerlik uşaq bağçası, 48 mənzilli yaşayış binası, Basqal qəsəbəsində 432, Gəraybəyli kəndində 320 şagird yerlik yeni məktəb binaları,Sumağallı, Sulut,Diyallı kəndlərində tibb məntəqələri və s. tikilib istifadəyə verilib. Rayonda əsas kapitala 92 milyon 160 min manat investisiya qoyulduğu, faktiki qiymətlərlə 273 milyon 242 min manat məbləğində ümumi məhsul istehsal olunduğu diqqətə çatdırılıb. Rayon iqtisadiyyatının əsasını aqrar sahənin  təşkil etdiyi, 2019-cu ildə rayon üzrə ümumi məhsul istehsalının 36,4 faizinin bu sahənin payına düşdüyü, “İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyalarının il ərzində 8 milyon 903 min kilovat saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürdüyü, rayonun 108 yaşayış məntəqəsindən 48-nin qazlaşdırıldığı, internetin surət və keyfiyyətinin yaxşılaşdığı qeyd olunub. Rayonda su, işıq problemlərinin həll olunduğu, 121 ailəyə ünvanlı dövlət sosial yardımı verildiyi bildirilib.Təhsil, səhiyyə,mədəniyyət, turizm sahəsində əsaslı yeniliklərə və uğurlara imza atıldığı, Dövlət tədbirlərinin  və bayramların yüksək səviyyədə qeyd olunduğu vurğulanıb.

Məruzə ətrafında Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Vidadi Rəhimov, Nikitin adına kolxozun Müşahidə Şurasının sədri Olqa Jabina, İsmayıllı Şəhər Bələdiyyəsinin sədri Pərviz Ağayev, QMƏVŞA İB-nin sədri Vidadi Zərbiyev, Gənclərin İnkişaf Kariyera Mərkəzinin direktoru İsmayıl Faxtıyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayevçıxış edərək 2019-cu ildə fəaliyyət sahələrində gördükləri işlər barədə məlumat veriblər.

Şəhər 5 saylı tam orta məktəbin Əməkdar müəllimi Nazənin Həsənova,Bizlan kənd sakini Tofiq Məmmədov  çıxış edərək ölkə Prezidentinin apardığı genişmiqyaslı islahatların uğurlu nəticələri,əhalinin sosial həyat şəraitinin günbəgün yaxşılaşdığını qeyd ediblər. Diyallı kənd sakini Sədiqə Orucova zəlzələdən sonra onun üçün tikilən evə görə ailəsi adından cənab Prezidentə və Mehriban xanıma öz minnətdarlığını ifadə edib.

Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi Nəsir Muxtarlı iştirak edib. Çıxışında ölkə Prezidentinin apardığı uğurlu islahatlar, həyata keçirilən tədbirlər barədə məlumat verib.İsmayıllıya ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

Əvvəlki yazı

4 məntəqənin nəticələri etibarsız sayıldı – Rəsmi

Sonrakı yazı

Prezident və ailəsi Romada şəhər gəzintisində (FOTOLAR)

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.