Gecə hücumunda döyüş təyyarəsi Qəzza zolağının cənubundakı Xan Yunisdə yaşayış binasının beşinci mərtəbəsini hədəf alıb.
Çərşənbə günü Qəzza zolağından İsrail ərazisinə 460-dan çox raket atılıb. İsrail Ordusu son doqquz ayın ən şiddətli qarşıdurmasında Qəzzada 130-dan çox hədəfin vurulduğunu açıqlayıb.
Fələstin mənbələri bu həftə ərzində baş verən qarşıdurmalarda üçü İslami Cihad komandiri olmaqla ən azı 24 fələstinlinin öldürüldüyünü bildirib. İslami Cihadın hərbi qanadı təşkilatın raket bölməsinin rəhbəri Əli Həsən Əbu Qalinin öldüyünü təsdiqləyib.
Qəzzada HƏMAS-dan sonra ikinci ən böyük təşkilat olan İslami Cihad öldürülən fələstinlilərin qisasının alınacağını açıqlayıb. İsrail Ordusu da Qali və Qəzzadakı digər iki İslami Cihad üzvünün hədəf alındığını təsdiqləyib.
class=”medianet-inline-adv”>
Bəyanatda Qalinin İslami Cihadın əsas fiqurlarından biri olduğu və İsrailə qarşı son raket hücumlarına görə məsuliyyət daşıdığı iddia edilir.
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin hücumlarının bitməyəcəyini bəyan edib.
Avqust ayında Qəzzada İsraillə İslami Cihad arasında baş verən qarşıdurmalar zamanı 49 fələstinli həlak olub. İsrail ordusunun basqınları səbəbindən İsrailin işğal etdiyi İordan çayının qərb sahilində də vəziyyət gərgindir.
Kabatiya qəsəbəsində iki fələstinli İsrail qüvvələri tərəfindən öldürülərkən, ordu ikisinin onlara atəş açdığını iddia edib. Tubasda baş verən digər qarşıdurmada isə bir İsrail əsgəri ağır yaralanıb.