Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

İslam İnqilabından sonra İranda 6 dəyişiklik –Sanksiyaların və müharibənin çox ciddi təsirləri var – (TƏHLİL)

2019-02-15
in Manşet
0
İslam İnqilabından sonra İranda 6 dəyişiklik –Sanksiyaların və müharibənin çox ciddi təsirləri var – (TƏHLİL)
0
Paylaşılıb
19
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

20-ci əsrin dönüş nöqtələrindən biri sayılan 1979-cu il fevralın 11-də İranda İslam İnqilabı nəticəsində hökmranlıq edən şah devrildi. O vaxtdan bəri ölkə necə dəyişib?

Bənzər Yazılar

Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

Ya Azərbaycan Ordusu girəcək, ya da… – Ovannisyan

İlham Əliyevdən yeni fərman

1. Əhalinin say artımı

Parisdə mühacirətdə yaşayan Ayətullah Ruhullah Xomeyni 1979-cu ilin inqilabına başçılıq etmək üçün Tehrana gəldiyi zaman İran əhalisinin sayı 36 milyon idi. O vaxtdan bəri əhalinin sayı 2 dəfədən də çox artaraq 81 milyona çatıb. İslam İnqilabından sonra Ayətullah Xomeyninin dünyaya yeni şiə nəsli gətirmək çağırışının ardınca ölkədə “uşaq bumu” başladı.

1980-ci illərin sonunda, İraqla müharibə (1980-1988) hökumət resurslarını tükəndirdiyindən, demoqrafik siyasəti dəyişdi, əhalinin artımının qarşısını almaq ailə planlaşdırılması proqramı tətbiq olunmağa başlandı.

Lakin əhalinin getdikcə yaşlanmasını nəzərə alan hökumət 2010-ci ildə çoxuşaqlı ailə siyasətinə qayıtdı, ailə planlaşdırılması proqramına son qoyuldu.

Əhalinin artımı ölkənin əsas şəhərlərində müşahidə edilir. 1980-ci illərdə əhalisi 1 milyondan çox olan cəmi 2 şəhər var idi. İndi isə belə şəhərlərin sayı 7-dir.

1970-ci illərdə əhalisi 5 milyon olmuş Tehranda 1980-ci illərdə, İran-İraq müharibəsindən sonra əhalinin sayı 7,5 milyona çatıb. Hazırda isə Tehranın 12 milyon sakini var.

2. İqtisadiyyatın həcmi azalıb

İranda əhalinin say artımı, müharibənin fəsadları və beynəlxalq sanksiyalar ölkənin iqtisadi potensialına təsir göstərib. Quraq iqlimi olan İran əsasən, neft sənayesinə bel bağlayır və ölkənin iqtisadi durumu neft ixracından asılıdır. Son 40 il ərzində ölkədə yaşayış səviyyəsi pisləşib.

1976-cı ildə ÜDM adambaşına $10,200 olubsa, 2017-də həmin göstərici $6,900 təşkil edib. Təxminən eyni əhalisi olan Türkiyədə isə həmin dövr ərzində adambaşına ÜDM göstəricisi az qala, üçqat artıb. İran-İraq müharibəsi zamanı İranın neft sənayesinə dəymiş zərərin ölkə iqtisadiyyatına təsiri ağır olub. Bu gün ölkə, əsasən, neft və neft məhsulları, əsasən də ərzaq ixrac edir. Maaşlarla müqayisədə əsas malların bahalaşması müşahidə edilib.

1978-ci ildə minimum əməkhaqqına 74 kiloqram qırmızı ət almaq olardısa, hazırda minimum əməkhaqqına yalnız 10 kiloqram qırmızı ət almaq mümkündür.

Ölkənin ən böyük problemi bu gün işsizlikdir. Dünya Bankının məlumatına əsasən, 2018-ci ildə gənclər arasında işsizlik 30 faiz təşkil edib.

3. Su ehtiyatı azalır

Son 40 ildə İran üçün quraqlıq daha da ciddi problemə çevrilib və ölkənin su ehtiyatları qıtdır. Ölkədə orta illik yağış norması 228 millimetrdir, bu isə dünyada illik orta normanın beşdə birini təşkil edir. İran su ehtiyatlarının 90 faizini suvarmaya yönəldir, dünya üzrə isə kənd təsərrüfatına orta hesabla 69 faiz su ehtiyatı sərf olunur.

Qərbi Azərbaycan bölgəsində yağan yağış norması getdikcə azalır. Orada yerləşən və dünyanın ən iri duzlu göllərindən biri sayılan Urmiyə gölü qurumaqdadır.

Su təchizatına problemlər yaradan əsas səbəblərdən biri böyüyən iri şəhərlərdə suya tələbatın artmasıdır. Əhalinin sayına görə İranın 3-cü şəhəri hesab edilən İsfahanın mərkəzi hissəsindən əvvəllər Zayəndə çayı axardı, indi isə bu çayın suları şəhərin hüdudlarına çatmamış quruyur.

4. Boşanma halları artıb

Ölkədə evlənənlərin sayı 1979-cu ildən sonra xeyli artıb, lakin 2009-cu ildən sonra azalmağa başlayıb. Boşanma hallarının sayı isə 1978-ci ildən bəri 4 dəfə artıb.

5. Ali təhsilli qadınların sayı artıb

1970-ci illərdən bəri qadınların ali təhsil almaq imkanları genişlənib, lakin işçi qüvvəsi arasında onların çəkisi aşağı olmaqda davam edir. 1978-ci ildə qadın tələbələrin yalnız 2,9 faizi universitetə qəbul olunub, 2016-cı ildə onlar 65,5 faizi təşkil edib. Son 40 ildə universitetlərə qəbul olunmaq imkanı həm kişilər, həm də qadınlar üçün xeyli genişlənsə də, kişilərlə müqayisədə qadınlar arasında işsizlik ikiqat artıb.

6. Kitab və kinoteatrların sayı azalıb

Son 40 ildə kinoteatrlarda da vəziyyət dəyişib. İnqilabdan əvvəl ölkədə təxminən 450 kinoteatr olub. 2015-ci ildə UNESCO-nun məlumatına görə, bütün ölkədə cəmi 380 kinoteatr olub.

Əhali artımını nəzərə almaqla, əvvəllər, hər 80 min nəfərin payına 1 kinoteatr düşürdüsə, indi hər 208 min nəfərə 1 kinoteatr var. Kitablarla da bağlı buna bənzər tendensiya müşahidə olunmaqdadır – 1980-ci illərdə hər bir kitab orta hesabla 7 min tirajla çapdan çıxırdısa, indi bu göstərici orta hesabla 200-dək azalıb.

(BBC Azərbaycanca)

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Zahid Oruc yeni qurumun hədəflərini açıqladı –Sosial Tədqiqatlar Mərkəzində hansı dəyişikliklər olacaq?

Sonrakı yazı

Moskvada çeçenlərlə azərbaycanlılar arasında silahlı qarşıdurma –Hücumda 10-dan çox adam yaralanıb (FOTO, VİDEO)

“Azərbaycanda işsizliklə bağlı rəqəmlər reallığı əks etdirmir”

"Azərbaycanda işsizliklə bağlı rəqəmlər reallığı əks etdirmir"

“TELEVİZİYALARIMIZDA “ŞOU” XARAKTERLİ VERİLİŞLƏRİN YERİNİ MİLLİ, VƏTƏNPƏRVƏR LAYİHƏLƏR ALSIN!” – “MÜBARİZLƏR”-İN ALPARSLANI DANIŞDI…

“TELEVİZİYALARIMIZDA “ŞOU” XARAKTERLİ VERİLİŞLƏRİN YERİNİ MİLLİ, VƏTƏNPƏRVƏR LAYİHƏLƏR ALSIN!” – “MÜBARİZLƏR”-İN ALPARSLANI DANIŞDI...

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

2021-03-07
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb

2021-03-07
Bakıda idman zalında yanğın

Bakıda idman zalında yanğın

2021-03-07
Döyər də, sevər də” – Bakının mərkəzində aksiya+Fotolar

Döyər də, sevər də” – Bakının mərkəzində aksiya+Fotolar

2021-03-07
Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək

Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək

2021-03-06
Tərtərdə oğurluq edənlər tutuldu

Tərtərdə oğurluq edənlər tutuldu

2021-03-06
Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

2021-03-06
Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu

Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu

2021-03-06
“Fatimə başıma oyun açıb” – Aslan

“Fatimə başıma oyun açıb” – Aslan

2021-03-06
Mübariz Mənsimov: “Satqınları və xəyanətkarları Allaha tapşırıram”

Mübariz Mənsimov: “Satqınları və xəyanətkarları Allaha tapşırıram”

2021-03-06
Dövlət Dəniz Agentliyindən xəbərdarlıq: Külək və dalğa…

Dövlət Dəniz Agentliyindən xəbərdarlıq: Külək və dalğa…

2021-03-06
Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda fəhlə faciəvi şəkildə öldü

2021-03-06
Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

2021-03-06
Bakıda bu kafe və restoranlarda nöqsanlar aşkarlandı (SİYAHI)

Bakıda bu kafe və restoranlarda nöqsanlar aşkarlandı (SİYAHI)

2021-03-06
Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu (FOTO)

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu (FOTO)

2021-03-06
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Ya Azərbaycan Ordusu girəcək, ya da… – Ovannisyan

Ya Azərbaycan Ordusu girəcək, ya da… – Ovannisyan

2021-03-06
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna ittiham

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna ittiham

2021-03-06
Minanın rəqsinə tənqidlər yağdı

Minanın rəqsinə tənqidlər yağdı

2021-03-06
Bakıda evlərin qiyməti kəllə-çarxa qalxıb

Bakıda evlərin qiyməti kəllə-çarxa qalxıb

2021-03-06

Seçmə

  • Bütün
  • SEÇMƏ
Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…
SEÇMƏ

Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

2021-03-06
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto
SEÇMƏ

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?
SEÇMƏ

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

2021-03-05
Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu
SEÇMƏ

Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu

2021-03-05
Vasif Talıbov qurultaya maskasız gəldi – Foto
Banner

Vasif Talıbov qurultaya maskasız gəldi – Foto

2021-03-05
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

2021-03-07
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb

2021-03-07
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.