07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İSLAHATLARDAN YENƏ İMTİNA EDİLİR?- “Hökumətdə arxayınlaşma var”

01 May 2018, 11:09
Cəmiyyət
A A
İSLAHATLARDAN YENƏ İMTİNA EDİLİR?- “Hökumətdə arxayınlaşma var”

Azərbaycan neftinin dünya bazar qiyməti yüksək olaraq qalır: “AzeriLight” markalı neft 75,5 dollardır. Bu, dövlət gəlirlərinin hesablandığı büdcə qiymətindən 30 dollar yuxarı deməkdir. Belə yüksək qiymətlər fonunda Azərbaycanda yenidən bahalı proyektlər gündəmə gətirilməkdə, hər sahədə iri maliyyə tutumlu layihələr ortaya çıxarılmaqdadır.
Bir çox mütəxəssislər neftin qiymətinin yüksəlməsinin yenidən hökumətdə arxayınçılıq yaratdığını, qeyri-neft sektorunun inkişafı üçün başladılan islahatların isə arxa plana keçməsi təhlükəsinin yarandığını bildirirlər.

natiq_3478576714855055471485771738İqtisadçı-ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, qiymətlərin yüksəlməsi ilə Azərbaycan iqtisadiyyatının neftdən asılılığı da artır: “Ötən illə müqayisədə bu il neftin qiyməti 45 faizə yaxın artıb. Bu, Azərbaycan hökumətinin gözləntilərini də aşdı. Hətta ən optimist proqnozlarda belə qiymətin 2018-ci ildə 75 dollara çatacağı ehtimalı çox aşağı görünürdü. Nəzərə alsaq ki, hazırda dünya neft bazarında qiymətlər siyasi konfliktlərə görə yüksəlib, görərik ki, bu artımın iqtisadi əsası yoxdur. İqtisadi təməllərə söykənsəydi, qiymətlər indikindən xeyli aşağı olardı. Qeyd edim ki, hələlik neftin qiymətinə təsir edən siyasi amillər qalır: Yaxın Şərqdə müharibə ocaqları, Rusiya ilə Qərb arasındakı konfliktlər. Siyasi və hərbi gərginliklər davam edir. Azərbaycan kimi büdcəsinin formalaşmasının birbaşa 50 faizdən yuxarısı, dolayısı ilə 70-75 faizi neftdən asılı olan ölkə üçün neft qiymətləri çox önəmlidir. Neftin qiymətinin bu qədər artması Azərbaycana kifayət qədər əlavə vəsaitin daxil olmasına səbəb oldu. Neftin qiymətinin hər barel üçün 1 dollar artması Azərbaycana gündəlik 400-450 min dollar əlavə vəsait gətirir. On dollar artıq olanda bu, 4-4,5 milyon dollar, 30 dollar artıq olanda isə 12-14 milyon dollar gündəlik əlavə gəlir deməkdir”.

N.Cəfərlinin sözlərinə görə, bu vəziyyət hökuməti arxayınlaşdırır: “Xatırlayırsınızsa, neftin qiyməti 40-45 dollar olanda Azərbaycanda islahat sözü daha çox işlənirdi. Struktur islahatları, yol xəritələri və sairlə bağlı müzakirələr daha çox aparılırdı. Neftin qiymətinin artması ona gətirib çıxardıb ki, belə ciddi diskussiyalar aparılmır daha. Hətta əvvəlki pozitiv notlar daha çox səslənməyə başlayıb: Azərbaycan inkişaf edir, ölkədə problem yoxdur və sair.

Son bir ildə yenidən köhnə modelə qayıtmışıq: büdcə investisiyaları hesabına artım. Bu il ötən illə müqayisədə büdcə investisiyaları 4 milyard manat daha artıq olacaq. Bununla da iqtisadi artımı təmin etmək istəyirlər. Bu, çox yanlış yoldur. Azərbaycan bu yolla gedərək 2014-2015-ci illərdə ağır böhran yaşadı. Hökumət anlamalıdır ki, neft qiymətləri çox oynaqdır, onu yüksəldən səbəblər daimi deyil. İndiki yüksək qiymətləri islahatları daha da dərinləşdirmək, neftdən asılılığı azaltmaq üçün istifadə etmək lazımdır. Lakin, təəssüf olsun ki, hələlik hökumətin bunu anladığı hiss olunmur”.

Əvvəlki yazı

İcra başçıları təlaşda: növbə onlara çatdı

Sonrakı yazı

Zaur Baxşəliyevin reklam etdiyi həkim saxtakar çıxdı – VİDEO + FOTO

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.