01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İslahat selinin aparacağı general: Ramiz Zeynalov üçün çətin dönəm

11 May 2018, 09:37
Cəmiyyət, Manşet
A A
İslahat selinin aparacağı general: Ramiz Zeynalov üçün çətin dönəm

Aprel seçkilərindən sonra həm idarəçilik sistemində, həm də bu sistemin idarəçiləri sırasında ciddi dəyişikliklər müşahidə olunmaqdadır. O sahələrdə ki dəyişiklik artıq çiban kimi yetişmişdi. Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Proses hələ davam edir və cumhuriyyet.az-a daxil olan məlumata görə, kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumla da bağlı köklü dəyişikliklər məsələsi müzakirə olunmaqdadır.xeyli müddətdir ölkədə narazı qalınan əsas dövlət qurumları içində iki strukturun xüsusi olaraq adı çəkilirdi. Onlardan biri Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Nəqliyyat Müfəttişliyi idisə, digəri də Dövlət Yol Polisi Xidmətiydi. Bildirək ki, bu iki nəhəng dövlət qurumundan artıq biri yoxdur. Və işin qəribə tərəfi odur ki, Nəqliyyat Müfəttişliyi ləğv edilərək, ən çox şikayət olunan digər quruma, Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) verilib.
BDYPİ də ləğv olunur?
Məsələ belədir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətsizləşdirilməsindən sonra daha bir neçə qurumun da eyni aqibət yaşayacağı proqnozlaşdırılır. Artıq proqnozlara uyğun olaraq bəzi qurumlar artıq ləğv olunub. Məsələn, MTN artıq yoxdur. Eyniylə, Dövlət Satınalmalar Agentliyi də dövlət başçısının fərmanı ilə ləğv edilib.
Sırada isə digər qurumların olacağı istisna deyil. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumatlarda qeyd olunur ki, BDYPİ-nin ləğv edilməsi məsələsi də artıq gündəmə gəlib. Məsələ belədir ki, Nəqliyyat Müfəttişliyinin birləşdirildiyi BDYPİ-nin ləğv edib, yerində Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur.
Belə bir zərurətin yaranmasının tutarlı əsasları təbii ki, var. Məsələ belədir ki, artıq təkcə mediada deyil, eyni zamanda sosial şəbəkələrdə də DYP-nin fəaliyyəti ən ağır formada tənqid edilir. Və bu tənqidlər əvvəlki dönəmlərdən fərqli olaraq, hansısa şikayətlərin əsasında deyil, elə canlı şəkildə çəkilmiş videogörüntülərin əsasında formalaşıb. Cəmiyyətin tələbi budur ki, ya BDYPİ ləğv olunmalıdır, ya da tamamilə dəyişdirilməlidir. Yəni, ən azından keyfiyyət dəyişikliyi baş verməlidir.
Prezidentin iradəsi
Məlum olduğu kimi, ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, ölkədə nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Cumhiriyyet.az oxuculara xatırladır ki, 2007-ci ildən bu qurum dövlət büdcəsindən maliyyələşir. Yəni hər il bu quruma dövlət büdcəsindən külli miqdarda pul ayrılır. Ölkə ərazisində kameralar, informativ bələdçilər və digər texniki avadanlıq quraşdırılır. NİİM-in yüksək səviyyədə çalışması üçün ayrıca mərkəz inşa olunur və əməkdaşlar cəlb edilir. Bunların hamısına dövlət özü xərc çəkir. Ümumiyyətlə, NİİM-in formalaşdırılması təqdirə layiq və innovativ bir addım olub, amma onun normal fəaliyyəti üçün digər parallel addımlar atılmalıdır. Sual yaranır ki, hansı addım? İlk olaraq, həmin qurumun tam azad, şəffaf və müstəqil rejimdə çalışması.
İkincisi və ən əsası isə, Dövlət yol polisi tam restrukturizasiyasına ehtiyac var. Çox uzaqa getmədən, elə yaxın qonşumuza baxsaq, kifayətdir. Burada islahatlar nəticəsində vahid polis sistemi quruldu. Lazımsız və büdcədən artıq vəsait yeyən, korrupsiyada mühüm rol oynayan yol polisi tam olaraq ləğv edildi. Post Patrul Xidmətinin səlahiyyəti artırılaraq xidməti funksiyaları genişləndi. NİİM-in nəzərdə tutulan, amma illərdi işləyə bilməyən missiyası da həyata keçirilməlidir.
Generala yol görünür
Aydın məsələdir ki, ləğv ediləcək və bazasında yeni bir qurum yaradılacaq dövlət təşkilatının başına kimin rəhbər gətiriləcəyi də maraqlı müzakirələrdən biridir. Bu posta yetərli qədər layiqli adamın olduğuna şübhə yoxdur. Həmçinin polisdə BDYPİ-dən də daha artıq qurumları idarə edə biləcək şəxslər var və bunu kimsə inkar edə bilməz.
Yeni qurumun yaradılmasından sonra onun başına yenidən BDYPİ-nin rəisi, general Ramiz Zeynalovun gətirilib, gətirilməyəcəyi məlum deyil. Məsələ belədir ki, faktiki olaraq mövcud durumda general günahkar hesab edilir və ona qarşı əsas ittiham da budur ki, BDYPİ-ni lazımi səviyyədə idarə edə bilmədiyi üçün bu qədər neqativ hallar meydana çıxır. Belə olan təqdirdə, xüsusən də indiki həssas məqamda rəhbərlik də dəyişiklik etməkdə məcburiyyət hiss edəcəklər. Ona görə ki, cəmiyyətdə sosial səbəblərdən narazılıq baş qaldırdığı bir vaxtda, bir də BDYPİ kimi çoxlu şikayətlər edilən qurumda əsaslı dəyişiklik etmək zərurəti var. Yeni kadrın ən azı keçid dönəmində durumu düzəldə biləcəyi istisna edilmir. Hərçənd Ramiz Zeynalovun pensiya yaşından 5 il keçib. Amma bu müddət ərzində onun işdən çıxarılması məsələsi gündəmə belə gəlməyib. Özü də bunca şikayət varkən.

Əvvəlki yazı

AZAL BORC İÇİNDƏ BATIR, AİLƏNİN BİZNESİ ÇİÇƏKLƏNİR! – “AZAL-ın borcu 1 milyarda çatıb”

Sonrakı yazı

Zakir Qaralov xüsusi göstəriş verdi-İntihar edən qadının qəbri açıldı

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.