Bakı qeydiyyatı olan, lakin karantin rejiminin gücləndirilməsindən sonra müxtəlif bölgələrdə qalan şəxslərin geri qayıtmasına icazə verilir.
Reportyor.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
İ.Məmmədov söyləyib ki, Bakı qeydiyyatı olan, Bakıda işləyən şəxslərin paytaxta qayıtmasına şərait yaradılır: “Bu günə qədər də icazə verilirdi və bundan sonra da icazə veriləcək”.