13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI – “Sayğaclara uzaqdan müdaxilə edilə bilər”

10 Avqust 2018, 15:37
Gündəm
A A
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI – “Sayğaclara uzaqdan müdaxilə edilə bilər”

İşıq pulu məsələsində texniki problem və ya kütləvi saxtakarlıq olubmu?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərişıq-ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün əsasların olduğunu vurğulayıb: “Ağıllı sayğac-larla bağlı qısa bir araşdırma aparandan sonra qənaətim budur ki, son aylarda Azərişıq-ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar var. Yəni, mediada müzakirə mövzusuna çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf etsə də, ağıllı sayğac bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü olaraq sərfiyyatı düz hesablamayıb.”

Osman Gündüz bütün narazılıqlara baxmayaraq heç bir ekspertin və sahə qurumunun məsələ ilə əlaqədar normal araşdırma aparıb mediayaya təqdim etmədiyini qeyd edib. Eyni zamanda Azərişıq ASC-nin isə problemi riyaziyyat üzərində izah etməyə üstünlük verdiyini bildirib: “Azərişıq hələlik problemi riyaziyyat üzərinə gətirməklə izah etməyə üstünlük verir. Şübhələr isə problemin riyaziyyatla deyil, elektronika, billing, insan amili və ya kənar müdaxilə ilə əlaqəli ola biləcəyini ehtimal edir. Ümumiyyətlə, qısa araşdırmada görmək olar ki, belə bir problem çox yerlərdə olub.
Ağıllı sayğaclara qarşı ciddi ittihamlar çox olub. Hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub. Köhnə sayğaclardan Ağıllı sayğac-ın əsas fərqi odur ki, onun sadəcə yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni Azərişığa ötürülür. Sistem elə qurulub ki, Azərişıq uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir.”

Osman Gündüz sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problemin aşağıdakı səbəblərdən yarana biləcəyini qeyd edib:

  1. Ağıllı sayğacların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni, sərfiyyatı sadəcə düz hesablamır.
  2. Azərişıq-ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir billing sistemə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qzananlar oldu)
  3. İnsan amili rol oynayıb. Yəni manual olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.
  4. Ola bilər ki Azərişıq-ın real billing sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub və rəsmilər də manual olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.
  5. Sosial mediada bəzən səslənir ki, bu, Azərişıq tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Dərhal qeyd edim ki, bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdrımaq mümkündür.

Sonda Osman Gündüz Ağıllı sayğac-ın düz işləməsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi-nin müstəqil ekspertləri də cəlb etməklə qısa bir zamanda yoxlaya biləcəyini vurğulayıb: “Beləliklə, bir daha qeyd etmək istərdim ki, yuxarıdakılar mənim versiyalarımdır. Sahə üzrə peşəkarlar, aidiyyatı dövlət qurumları daha dəqiq diaqnoz qoya bilər.

Düşünürəm ki, Ağıllı sayğac-ın düz işləməsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müstəqil ekspertləri də cəlb etməklə qısa bir zamanda yoxlaya bilər. Azərişığın billing sistemi, ötürmə kanalları və kənar müdaxilələrlə bağlı vəziyyəti isə fikrimcə XDMX, VXSİ Dövlət Agentliyi və digər aidiyyatı dövlət qurumlarının müstəqil ekspertlərlə birgə audit etməsi daha doğru yanaşma olardı. Məhz bu formada araşdrıma nəticəsində əldə olunan informasiya güvənli hesab oluna bilər.” /Xeberler.az

Əvvəlki yazı

Hacıqabulun baş həkimi oğluna 60 minlik toy etdi, 212 min yığdı

Sonrakı yazı

Bakı aeroportunda sərhəddən keçməklə bağlı problem yaranıb – FOTO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.