13-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İşığa qoyulan limit artırılır

24 İyun 2019, 12:39
Cəmiyyət
A A
İşığa qoyulan limit artırılır

İki ay öncə dövlət başçısının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırıldı. Əhalinin qış aylarında təbii qaza tələbatının yüksək olması və bu səbəbdən illik limitin keçilməsi ilə bağlı kommunal xərclərinin artmasını nəzərə alan hökumət bu addımı atdı.

Hazırda isə yay fəslinin anomal istilərində insanların evdə və iş yerlərində kondisionerləri işə salması elektrik xərclərini  hiss  olunacaq dərəcədə artırıb. Bir çoxları isə aylıq elektrik xərclərini ödəməkdə çətinlik çəkdiyindən evdə, ofisdə kondisioner yandırmaqdan imtina edir. Bu insanların həyat şəraitinin yaxşılaşdırılması və rifahının təmin olunması üçün həm iqtisadçı ekspertlər, həm də deputatlar aylıq elektrik limitinin artırılmasını təklif edirlər. Həmçinin 3 aylıq yay mövsümü dövründə limitin ləğvini təklif edənllər də var.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Deputat Fazil Mustafa bildirib ki, hökumətin bu istiqamətdə müəyyən addım atacağı gözləniləndir: “Milli Məclisin sonuncu iclasında mən məhz bu məsələyə toxunmuşdum ki, insanların elektrik enerjisindən istifadə ilə bağlı müəyyən problemləri var və bu limitin də müəyyən qədər qaldırılmasına ehtiyac var. Elektrikdə limit aylıq olduğu üçün il ərzində təsir etmir, ancaq yay aylarında təsirini göstərir. Hökumət bunun üzərində yəqin ki, düşünür, müəyyən addımlar atıla bilər.

Son zamanlar vətəndaşların maraqlarını nəzərə alaraq prezident tərəfindən atılan addımlara nəzər salsaq bu da mümkün variantlardan biridir. Biz bu məsələni qaldırmışıq, hazırda aktualdır. Hesab edirik ki, bu limit ən azı yay aylarına şamil edilə bilər. Ən azı 3 ay müddətində insanların elektrik enerjisindən rahat istifadəsi üçün limit götürülə bilər. Belə bir addım atılsa vətəndaşın rifahında da öz təsirini göstərəcək”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycana məxsusdur: “Əgər biz özümüzü qonşu ölkələrlə müqayisə ediriksə, o zaman Ermənistanla, Gürcüstanla, Moldova ilə deyil, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistanla, İranla müqayisə etməliyik. Bu ölkələr də bazar iqtisadiyyatına uyğunlaşıb. Elektrik məsələsində də ilk növbədə bu xidmətin maya dəyəri əsas götürülür, ikincisi də, əhalinin əlçatanlığının təmin olunması nəzərə alınır. Tarifləri qaldıranda bir neçə nəfəri televiziyaya çıxarıb izah edirlər ki, Avropada elektrik enerjisi daha bahadır, 1 kilovatt elektrik enerjisinin qiyməti 25 sentdir. Ancaq heç kim demir ki, avropalı 5 min avro əməkhaqqı alır. Ona görə də, sadaladığım Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycandadır”.

İqtisadçı alim Vüqar Bayramov da əhali üçün elektrik enerjisinə tətbiq edilən limitlərin artırılmasının tərəfdarı olduğunu bildirib: “Azərbaycanın mövcud iqtisadi durumu və xüsusən də 2017-ci ildə iqtisadi stabilliyin əldə edilməsi nəticədə kommunal xidmətlərin daha ucuz təklif edilməsinə imkan verir. Elektrik enerjisinin istehsalında ciddi artımlar müşahidə olunub. Elektrik enerjisinin istehsalı da nəticədə kommunal xidmət olaraq elektrik enerjisinin daha ucuz qiymətə və daha artırılmış limitlər daxilində təklif edilməsinə imkan verir. Azərbaycan iqtisadiyyatında artım tempinin bərpa edilməsi, neftin qiymətinin məqbul səviyyədə olması işığın limitinə baxılması və onun artırılması üçün baza formalaşdırıb”.

Əvvəlki yazı

Gürcüstan hakim partiyasının sədri etirazçıların tələblərindən birini qəbul edib –Açıqlama

Sonrakı yazı

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edildi –FOTO

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.