20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İŞİD-ci “Həmzə”nin Sədərəkdən Suriyaya gedən yolu həbsxanada bitdi

22 Mart 2018, 23:41
Cəmiyyət
A A
İŞİD-ci “Həmzə”nin Sədərəkdən Suriyaya gedən yolu həbsxanada bitdi

“Atam ürək xəstəsidir. Suriyada olmağımı əvvəlcə valideynlərimdən gizlədirdim, sonra özüm dedim. İradlarını bildirdilər, geri qayıtmağımı istədilər. Onlara mövqeyimdən dönməyəcəyimi söylədim. Lakin baş verən proseslər, İslam dininin ayrı-seçkiliyi məni təngə gətirmişdi, Suriyada qala bilmirdim. Ona görə də, geri dönməyə qərar verdim”.

“Xalid Azəri”nin rəhbərlik etdiyi “Azəri camaatı”na qoşulan, sonradan peşman olub Azərbaycana dönən Həsrət Əliyev ifadəsində belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Suryiada gedən döyüşlərdə iştirak etməkdə ittiham olunan Şamaxı rayon sakini, 30 yaşlı Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Həsrət Əliyev Suriyanın Artma vilayətində fəaliyyət göstərən “Xalid dayı” ləqəbli Rövşən Bədəlovun (Artmada İŞİD-in Qafqaz üzrə komandiri, əslən Tərtər rayonundan olan Rövşən Bədəlov 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri bombardman zamanı 25 adamı ilə birlikdə öldürülüb. Qeyd edək ki, 2000-2001-ci illərdə Pankisi ərazisində “Qarabağ Partizanları” qrupunu yaradan Bədəlov həmin birləşməyə liderlik edib. 2002-ci ildə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq, Qarabağda döyüşmək istəyən R.Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub. 2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib, İŞİD sıralarına qoşulub. Gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan R.Bədəlov qısa müddət ərzində “Qafqaz əmiri” vəzifəsinə yüksəlib – red.) yaratdığı “Azəri camaatı” adlı qanunsuz silahlı birləşmənin tərkibinə daxil olub. R.Bədəlovun texniki işlər üzrə tapşırıqlarını yerinə yetirib, cinayətkar birliyin fəaliyyətində iştirak edib. 2013-cü ilin noyabrında Suriyanı tərk edərək Azərbaycana qayıdıb.

Sözügedən cinayət əməlini törətməkdə şübhəli bilinən H.Əliyev ötən ilin oktyabrında saxlanılıb. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Özünə “Həmzə” dini ləqəbi götürən Həsrət Əliyev ifadəsində 2013-cü ildən İslam dininin “əhli sünnə” təriqəti üzrə ibadət etməyə başladığını, Suriyada və digər ərəb ölkələrində gedən siyasi prosesləri izlədiyini, hadisələri mətbuatdan, internetdən deyil, özü görmək istədiyini deyib. “Sədərək” Ticarət Mərkəzində çalışıb, Suriyaya getmək üçün pul toplayıb, əqidə yoldaşları Ramiz və Davudla birgə 2013-cü ilin mayında Türkiyəyə yola düşüb. Onları İstanbulda Davudun milliyyətcə türk olan dostu qarşılayıb, onun vasitəsilə Artma vilayətinə keçiblər, ev kirayələyib iki aya yaxın həmin evdə yaşayıblar. Ramizlə Davud “Abu Yahya” dini ləqəbli Nicat Aşurovun rəhbərlik etdiyi dəstəyə qoşulub. “Həmzə” isə Artmadakı digər azərbaycanlılarla maraqlanıb, türklər ona “Xalid dayı”nın yaşadığı evi göstəriblər.

“Azəri camaatı” iki yerə – “Xalid Azəri”nin və “Abu Yəhya”nın başçılıq etdiyi silahlı dəstələrə bölünüb. “Azəri camaatı”nın qərargahı Artma qəsəbəsindəki yüksəklikdə yerləşib. “Xalid Azəri”nin dəstəsində azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələri də fəaliyyət göstərib. Qruplaşmada heç kəsə öz rəsmi adı ilə müraciət edilməyib, hamının ləqəbi olub. Azərbaycandan Suriyaya üz tutanlar ilk olaraq “Xalid dayı”nın – R.Bədəlovun yanına gediblər: “Mən “Abu Yahya”nın kim olduğunu bilmirəm. Artmadakı türklərin köməkliyi ilə “Xalid dayı”nı tapdım, tanış oldum, orada ailəsi ilə birgə yaşayırdı. Pulumun qurtardığını, kirayə pulunu ödəyə bilmədiyim söylədim, köməklik istədim. “Xalid dayı” məni yaşadığı evin həyətindəki birotaqlı tikilidə yerləşdirdi”.

H.Əliyevin ifadəsinə görə, “Xalid dayı”nın evində qaldığı müddətdə sakit həyat tərzi sürüb, ibadət edib, idmanla məşğul olub, dini kitablar oxuyub: “Yaşadığım ev “Azəri camaatı” nın Artmada yerləşən düşərgəsinin ərazisində idi. Səhərlər idman etdiyimə görə “Xalid dayı”nın məsləhəti ilə “Abu Hamza”ya məxsus muaskara (təlim mərkəzi) gedirdim. Həmin təlim mərkəzi açıq havada yerləşirdi, orada müxtəlif millətlərdən olan şəxslər vardı”.

Artmada olduğu müddətdə Şamaxıda yaşayan valideynləri ilə bir neçə dəfə əlaqə saxlayıb. Onlara Türkiyədə işlədiyini söyləyib: “Atam ürək xəstəsidir. Ona görə Suriyada olmağımı əvvəlcə valideynlərimdən gizlədirdim. Amma sonra özüm dedim. İradlarını bildirdilər, geri qayıtmağımı istədilər. Onlara mövqeyimdən dönmədiyimi söylədim. Lakin baş verən proseslər, İslam dininin ayrı-seçkiliyi məni təngə gətirmişdi, Suriyada qala bilmirdim. Ona görə də, geri dönməyə qərar verdim. “Xalid dayı”dan 400 dollar borc alıb Azərbaycana qayıtdım”.

Həm istintaq, həm də məhkəmə dövründə H.Əliyev döyüş əməliyyatlarında iştirak etmədiyini, hərbi təlimlərə, döyüş növbətçiliyinə qoşulmadığını, əsasən “Xalid dayı”nın məişət xarakterli göstərişlərini yerinə yetirdiyini deyib: “O vaxt Suriyaya gedib-gəlməkdə problem yox idi. Qadağan olduğunu bilmirdim. Bilsəydim, getməzdim. Suriyadan qayıdandan sonra ailə həyatı qurdum, hazırda iki uşağım var. Bütün bunları nəzərə almağınızı xahiş edirəm. Əməlimdən peşmanam”.

Cinayət işi üzrə şahid qismində dindirilən dini ləqəbi “Əhməd” olan Vladimir Marfin ifadəsində (Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2016-cı il tarixli qərarı ilə 14 il 6 ay azadlıqdan mıhrum edilib – red.) göstərib ki, 2013-cü ilin avqustunda “Xalid dayı”nın rəhbərlik etdiyi camaatın yerləşdiyi düşərgəyə gələndə “Həmzə” ilə görüşüb: ”Gənc oğlan idi, 23-24 yaşları olardı. 15-20 günə yaxın “Həmzə” və digər mühacirlərlə birgə düşərgədə qaldıq. Nisbətən dinc həyat tərzi sürürdü. Heç vaxt onun əlində silah görməmişəm. Döyüş növbətçiliyinə də çıxmırdı. Hərbi təlimlərdə iştirak etdiyinin də şahidi olmamışam. O, ya Artmada yaşayan ərəblərin evlərinə, ya da xəstəxanalara gedirdi. Bir dəfə Qurban bayramı ərəfəsində “Həmzə” qurban paylarını aparıb xəstəxanaya çatdırmışdı. Bildiyimə görə, kiməsə biət etməmişdi”.

Məhkəmənin hökmü ilə Həsrət Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Virtualaz.org

Əvvəlki yazı

Mərakeş kralı VI Məhəmməd həyat yoldaşı Lalla Salmadan ayrılıb

Sonrakı yazı

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.