16-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İSGƏNDƏR HƏMİDOVUN BAKIYA DÖNƏCƏYİ TARİX AÇIQLANDI –Aktiv fəaliyyətə 6 aylıq qadağa, sonra isə…

03 İyun 2019, 10:21
Gündəm
A A
İSGƏNDƏR HƏMİDOVUN BAKIYA DÖNƏCƏYİ TARİX AÇIQLANDI –Aktiv fəaliyyətə 6 aylıq qadağa, sonra isə…

“İsgəndər Həmidov iyun ayının 8-də Bakıya qayıdacaq… Həkimlər İsgəndər Həmidovun 6 ay müddətində hər hansı bir aktiv fəaliyyətlə məşğul olmasını qəti surətdə qadağan ediblər. Bu 6 ay içində isə müayinə və müalicə üçün mütləq yenidən geri qayıtmağı tövsiyə ediblər”.

Reportyor.info  Modern.az-a istinadən xəbər verir ki, bu haqda məlumat sabiq Daxili İşlər nazirinin köməkçisinin adından yayılan açıqlamada yer alıb.

İsgəndər Həmidovun köməkçisinin adından yayılan açqılamada deyilir:

“Bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycanın sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsis olunması fikrinin müəllifi İsgəndər Həmidov səhhətində yaranan problemlərlə bağlı qəfil vəziyyəti ağırlaşdığı üçün Bakıda xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada həkimlər onun əməliyyat olunmasının vacib və zəruri olduğunu bildirsə də, ailə üzvləri buna qəti şəkildə icazə vermədiyi üçün İsgəndər Həmidov xarici ölkələrdən birinə aparıldı. Uzun sürən müayinələrdən sonra, indi də ağır durumda olan İsgəndər bəyin sağlamlıq durumunun nəticələrinə dair cəmiyyətdə yayılan, həqiqətə uyğun olmayan informasiyaların qarşısının alınması üçün onun real vəziyyəti ilə bağlı məlumat vermək zəruri hesab edildi”.

Açıqlamada daha sonra bildirilir ki, ürəyindən əməliyyat olunması məqsədiylə xaricə aparılan İsgəndər Həmidovun böyrəyində kreatinin yüksək olduğu aşkarlandığı üçün əməliyyat həyatına ciddi təhlükə hesab edildiyindən, həkimlər əməliyyatı qəti şəkildə mümkünsüz hesab ediblər: “Aparılan müayinələr nəticəsində müəyyən olub ki, İsgəndər bəyin sağ böyrəyində 4, sol böyrəyində isə 3 şiş var. Bununla yanaşı, onurğasında da şiş aşkar edilib. Bütün bunları nəzərə almaqla əməliyyat ertələnib və günlərlə ağır durumda olan İsgəndər Həmidovun səhhətinin müəyyən qədər toparlanması üçün çalışılıb. Sağlıq durumu ağır olduğu üçün bu müddət ərzində onunla görüşmək mümkün deyildi. Həkimlər hər cür söhbətin və bunun nəticəsində yaranacaq həyəcanın onun həyatı üçün təhlükə olduğunu bildirirdilər.

Bundan başqa, aparılan müayinələr nəticəsində ikinci ağır durum ortaya çıxıb, şişlərlə bağlı biopsiya edilib və dəqiq nəticəyə gəlmək üçün əkilməyə verilib. Bu müddət ərzində həkimlər İsgəndər Həmidovun əsəbiləşməsinin və gərginləşməsinin qarşısını almaq üçün ölkə daxilində və xaricində baş verən bütün informasiyalardan kənar olmasını vacib hesab etdiyindən, heç kimə onunla görüşmək imkanı vermədikləri üçün İsgəndər bəyin AXH idarə heyətinin üzvləri və sıravi üzvlərinin həbsi barədə heç bir məlumatı olmayıb. Lakin dünən, nəhayət, onunla görüşə bildik. Həkimlərin yekun rəyinə əsasən, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmağa davam edir. Lakin bütün bunlara baxmayaraq, İsgəndər bəy Azərbaycana qayıtmağa qərar verib. Bu qərara həkimlər etiraz edib və İsgəndər Həmidova bütün bunlarla bağlı, xəstəlik tarixçəsi haqqında həm şifahi, həm yazılı şəkildə məlumat təqdim edilib. Belə olan halda İsgəndər Həmidovun müalicəsinin ev şəraitində davam etdirilməsi şərti ilə ölkəyə qayıtmasına icazə verilib. Bununla yanaşı, həkimlər İsgəndər Həmidovun 6 ay müddətində hər hansı bir aktiv fəaliyyətlə məşğul olmasını qəti surətdə qadağan ediblər. Bu 6 ay içində isə müayinə və müalicə üçün mütləq yenidən geri qayıtmağı tövsiyə ediblər. Bütün bunları nəzərə almaqla diqqətinizə çatdırmaq istəyirəm ki, İsgəndər Həmidov iyun ayının 8-də Bakıya qayıdacaq. Bütün duyarlı şəxslərə, İsgəndər bəyin mübarizə yoldaşları və media mənsublarına bu müddət ərzində göstərdikləri diqqətə görə İsgəndər bəyin adından təşəkkür edirəm. Ümid edirəm, İsgəndər bəyin sağlamlıq durumunu nəzərə alıb, bu mövzu ətrafında spekulyasiya edilməyəcək”.

Əvvəlki yazı

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenə pozub –Müdafiə Nazirliyi

Sonrakı yazı

Cənubi Qafqazın ən varlı deputatları ilə ən səfil uşaqlarının yaşadığı neft ölkəsi…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.