Keçmiş Xalq Cəbhəsi hökumətində Daxili İşlər naziri olmuş İsgəndər Həmidov komaya düşüb.
Virtualaz.org bildirir ki, bu barədə sosial şəbəkədə tanınmış həkim Adil Qeybulla məlumat yayıb.
Onun sözlərinə görə, İ.Həmidovun müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir.
A.Qeybulla vurğulayıb ki, hazırda İsgəndər Həmidov komadadır, vəziyyəti çox ağırdır, süni ventilyasiya aparatına qoşulub, Türkiyədəki müalicə həkimləri ilə sıx danışıqlar aparılır.