21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İsgəndər Həmidov: “Hərbi əməliyyat keçirib 3-4 rayonu almalıyıq”

17 Aprel 2018, 09:24
Cəmiyyət
A A
İsgəndər Həmidov: “Hərbi əməliyyat keçirib 3-4 rayonu almalıyıq”

“Gərək biz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını alaq ki, Mehriyə yol açmaq barədə də düşünək”

“Mən də Dövlət Müdafiə Komitəsinin üzvü olmuşam, dövlətin bir sıra işlərində, iclaslarında iştirak etmişəm. O zaman hamımızın ürəyindən keçirdi ki, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına yol açaq. Ancaq bu məsələ Müdafiə Komitəsi, yaxud dövlət səviyyəsində müzakirə olunmayıb. Çünki bu, artıq Ermənistan-Azərbaycan müharibəsi demək idi”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov bu sözləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirib. Qeyd edək ki, son günlər bəzi ekspertlər və keçmiş döyüşçülər 1993-cü ilin aprelində Naxçıvanla quru yolunun açılması üçün Mehri və Qafan istiqamətindən əməliyyat keçirildiyini, lakin keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi əsasında prosesin dayandırıldığını bildiriblər. Sabiq milli təhlükəsizlik zabiti Sülhəddin Əkbər isə qəzetimizə müsahibəsində mehri istiqamətində kəşfiyyat döyüşünün olduğunu desə də, bunun, sadəcə, sınaq xarakterli olduğunu demişdi.

Öz növbəsində İ.Həmidov da yayılan bəzi məlumatlara düzəliş verdi: “Belə bir əməliyyat keçirilməmişdi ki, bizim təklifimizə Əbülfəz bəy də ”yox” desin. Əbülfəz bəyin imkanı olsaydı, bütün İrəvanı qatardı Azərbaycanın tərkibinə, Təbrizi də üstəlik. Bütöv Azərbaycan yanğısı ilə yaşayan insan necə deyə bilərdi ki, bunu etməyin”. Sabiq nazir xarici qüvvələrdən bununla bağlı Ə.Elçibəyə təzyiqlərin olması barədə iddiaları da qəbul etmədi: “Əbülfəz bəyə xaricdən kim təzyiq edə bilərdi? Əksinə, Əbülfəz bəy xaricə daha çox təzyiq edə bilərdi. Türkiyədəki proseslərdə Dəmirəldən çox, Əbülfəz bəyin təsiri var idi. Bu, mümkün olan şey deyildi ki, kimsə xaricdən təsir eləsin, Əbülfəz bəy ”əməliyyatı dayandırın” desin”.

Bəs, indiki situasiya üçün Mehri dəhlizini açıb, Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirmək real görünürmü? İ.Həmidov: “Təəssüf ki, indi də Mehridən Naxçıvana yol açılması real görünmür. Mehridən Naxçıvana yol açmaqdan ötrü gərək Zəngilan, Cəbrayıl, Füzuli işğaldan azad oluna ki, gedib Mehri yoluna qədər çıxa bilək. Vaxtilə qatar Qubadlıdan Mehriyə, ordan da Naxçıvana gedirdi. İndi bu, real görünmür. Amma təki Allah eləsin, buna nail ola bilək”.

Sabiq nazir məsələnin danışıqlar masası arxasında qaldırılmasının da nəticə verəcəyinə inanmadığını bildirdi: “Danışıqlarda qaldırılsa belə, Ermənistanın buna razılıq verəcəyi mümkün görünmür. Çünki Ermənistanın Dağlıq Qarabağdakı separatçılarla birbaşa özünün əlaqəsi var, yəni ”əvəz-əvəzə” məsələsi yoxdur. Odur ki, inanmıram danışıqlarda bu məsələ qaldırılsın. Bir vaxtlar Laçın dəhlizi ilə Mehri dəhlizinin dəyişdirilməsi söhbəti də var idi. Ancaq o zaman biz dedik ki, öz ərazimizdən heç kimə dəhliz vermirik, Dağlıq Qarabağ da bizim ərazimizdir, Laçın da, Kəlbəcər də. Biz onların yollarını bağlamamışdıq ki, Xocalı aeroportuna gəlirdi onların vertolyotları. Onlar nankor, nanəcib insanlardırlar ki, bizim yolumuzu bağlayıblar. Lap danışıqlarda məsələ qaldırılsa belə, ona Ermənistanın razı olacağına inanmıram. Gərək biz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını alaq ki, Mehriyə yol açmaq barədə də düşünək”.

İ.Həmidov ötən illərin təcrübəsindən çıxış etməklə, həmçinin hazırda işğalçı ölkənin paytaxtında baş verənlərə diqqət çəkərək bildirdi ki, ümid ancaq savaşa qalır: “Mən 30 ildir deyirəm ki, qanla işğal olunan torpaq qanla geri alınmalıdır. Hərbi əməliyyat keçirib 3-4 rayonu almalıyıq, sonra danışıqlar masası arxasında söhbətlər aparıla bilər”.

Eks-nazir İrəvanda baş verənlərin fürsət yaratdığını da vurğuladı: “Belə fürsətlər bizim əlimizə çox düşüb. Bundan əvvəl də seçkilər ərəfəsində Serj Sərkisyan Dağlıq Qarabağdakı qoşunu İrəvana çağırmışdı, onda əsl məqam yetişmişdi. Bu günlərdə də vəziyyət çox gərgindir. Ermənistanın döyüşən hissələri Dağlıq Qarabağdadır, onları geri çağıra bilərlər. Sözsüz ki, yenə də işğal altındakı ərazilərdən hərbi qüvvələri Ermənistana çağıracaqlar. Çünki Sərkisyan özü Dağlıq Qarabağdandır. Ermənistanda bunlara ”aziki” deyirlər. Sərkisyanın, Köçəryanın inandığı hərbçilər də Dağlıq Qarabağda olanlardır. Getdikcə ara qarışanda Dağlıq Qarabağdakı qoşun hissələrini Ermənistana aparacaqlar. O zaman Azərbaycan hakimiyyəti özündə cəsarət tapıb hərbi əməliyyatlara başlaya və ərazilərimizi azad edə bilər”.

ELŞAD,
“Yeni Müsavat”

Əvvəlki yazı

Konstitusiya Məhkəməsi bu gün seçkinin nəticələrinə dair qərar verəcək

Sonrakı yazı

Deputat Sona Əliyevanın anası qızından ədalət istəyir

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.