24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İşdən qovulan “baş lift”çiyə həbs təhlükəsi – Almaniyaya qaçıb iddiası

05 Oktyabr 2018, 09:44
Gündəm
A A
İşdən qovulan “baş lift”çiyə həbs təhlükəsi – Almaniyaya qaçıb iddiası

“Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən çıxarılan sabiq rəisi Qüdrət Şükürovun ölkəni müalicə adı ilə tərk etdiyi deyilir; BLTİB-də yoxlamalar başlayıb və…

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov oktyabrın 3-də Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovu işdən qovub. Sabiq rəisin Azərbaycanda istintaqa cəlb edilməsi xəbəri də var. Bildirilir ki, işdən qovulandan sonra Qüdrət Şükürova yaşadığı ünvanı tərk etməmək haqda xəbərdarlıq olunub. Buna baxmayaraq,  Qüdrət Şükürovun tələsik ölkəni tərk etməsi xəbəri də yayılıb. Bu haqda virtualaz.org-un yaydığı məlumatda xəbər verilir. Sayt yazır ki, Qüdrət Şükürov “Bakı Lift-Təmir” İstehsalat Birliyində istefa məsələsinin həll edildiyi ümumi yığıncağa gəlməyib, belə ki, hazırda Almaniyadadır.

Bildirilir ki, Qüdrət Şükürov ürəyində yaranmış problemlərlə əlaqədar Almaniyaya müalicəyə yollanıb. Eldar Əzizovun əmri ilə Qüdrət Şükürovun səlahiyyətlərinin müvəqqəti icrası Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin başçısı Xalid Ələkbərova tapşırılıb. Xalid Ələkbərov bildirib ki, tezliklə şəhərin lift təsərrüfatında irimiqyaslı dəyişikliklər baş verəcək və bakılılar buna şəxsən şahid olacaqlar.  Yada salaq ki, bu günlərdə BŞİH-in bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində yoxlamalar aparılır.

Qüdrət Şükürovun adı illərdir ki, liftlərlə bağlı maxinasiyalarda və korrupsiyada hallanır. Qüdrət Şükürovun adı ilə bağlı son belə qalmaqallı xəbər ABŞ-dan gəlib. Qüdrət Şükürovun adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə müşayiət olunan korrupsiya cinayətində keçir. Bu ölkənin Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir.

Bu haqda Azərbaycan mətbuatın, “Yeni Müsavat” qəzetinin 18 sentyabr tarixli sayında (https://musavat.com/news/abs-da-baslanmis-liftremont-korrupsiya-qalmaqali-boyudu-sensasion-gelisme_556417.html?d=1) “ABŞ-da başlanmış ”Liftremont” korrupsiya qalmaqalı böyüdü – sensasion gəlişmə” sərlövhəli yazı dərc olunub. Bundan sonra Azərbaycan vətəndaşı Rəfael Əsgərov bir neçə dövlət qurumu ilə yanaşı ABŞ-ın ölkəmizdəki səfirliyinə də müraciət ünvanlayıb. O, müraciətində olduqca ilginc məqamlara toxunub, bu qalmaqallı korrupsiya cinayətinin hərtərəfli araşdırılması üçün ifadə verməyə hazır olduğunu bəyan edib.

Yada salaq ki, SEC-in saytında yer alan məlumatda bildirilir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binaları liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13 milyon 900 min dolları dövlətə ödəyib. Bununla da korrupsiya sxemini üzə çıxaran təhqiqatın nəticələrini qəbul etmiş olub.

“Otis Elevator Co.” ile ilgili görsel sonucu

SEC-in məlumatında qeyd edilir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub. İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift-Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını “şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Eldar Əzizovun məlum qərarına qədər İstehsalat Birliyinin rəisi vəzifəsini Qüdrət Şükürov tuturdu.

Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları yerli KİV-lərə, xüsusən “Yeni Müsavat”a ötürdü, habelə müxtəlif dövlət orqanlarına yazdı.

Qüdrət Şükürovun adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə ile ilgili görsel sonucu

O, müsavat.com-a bildirirdi ki, 2013-cü ilin aprelində Q.Şükürovun təklifi ilə birlikdə Moskvaya gediblər. Həmin səfərdə Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub: “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib. R.Əsgərov yazıb ki, ermənilərin işğal etdiyi Qubadlıdandır və həmin vaxt qudası ilə erməninin görüşünə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə – “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb. Sitat: “Bu, mənim gözlərimin qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat”dır”.

Rəfael Əsgərov Qüdrət Şükürovun “otkat”ları haradan, hansı yollarla alması haqda da bilgilərə malikdir. ABŞ-da bu qalmaqallı korrupsiya işi ilə bağlı araşdırmalardan xəbər tutunca böyük korrupsiya cinayəti ilə bağlı şahid qismində ifadə vermək üçün olduqca ciddi addımlar atıb. 1 həftə əvvəl Rəfael Əsgərov ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb. O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məluma verməyə hazır olduğunu bəyan edib.

qüdrət şükürov musavat.com ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Rəfael Əsgərovla əlaqə saxlayıb. R. Əsgərov belə bir müraciət etdiyini təsdiqləyib. Deyib ki, sentyabrın 17-də Azərbaycanın Baş Prokurorluğunda, Bakı Şəhər İcra Hakimiyyətində və ABŞ-ın ölkəmizdəki səfirliyində olub, hər 3 ünvana müvafiq rəsmi müraciətini təqdim edib. Rəfael Əsgərov həmin müraciətində vurğulayırdı ki, Azərbaycan KİV-ləri (musavat.com, virtualaz.org) yazırlar ki, SEC-in rəsmi saytında buna səbəb kimi şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsindən yazıb.

 “Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Qüdrət Şükürovun ailə üzvləri ilə əlaqə saxlayıb. Lakin onlar hər hansı şərh verməyiblər.

E.MƏMMƏDƏLİYEV
“Yeni Müsavat”

Əvvəlki yazı

“ƏNVƏR SEYİDOV DƏLƏDUZA BƏRAƏT VERMƏYƏ HAZIRLAŞIR…” – Məşhur hakimdən Prezidentə şikayət

Sonrakı yazı

Bakıda klinikada ölüm hadisəsi baş verib

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.