15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İşdən çıxarılan vitse-prezidentlər kimdir? – DOSYE

19 İyul 2021, 17:01
Seçmə
A A
İşdən çıxarılan vitse-prezidentlər kimdir? – DOSYE

Bu gün Prezidentin sərəncamları ilə vəzifələrindən çıxarılan SOCAR-ın dörd vitse-prezidentinin bioqrafiyası ictimaiyyətdə maraq doğurub.

“Qafqazinfo”nun xəbərinə görə, onlardan ikisi – Mikayıl İsmayılov və David Məmmədov 16 ildir ki, vitse-prezident postundadırlar.

Tofiq Qəhrəmanov bu vəzifədə 11 il, Bəhram Hüseynov isə 5 il qala bilib.

SOCAR-ın bu gün işdən çıxarılan vitse-prezidentlərinin geniş bioqrafiyasını təqdim edirik:

Mikayıl İsmayılov 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinə daxil olub, 1983-1985-ci illərdə hərbi xidmət keçib.

1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. 2001-2004-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə başa vurub.

Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlayıb, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlıdır.

M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Dövlət Neft Şirkətinin vitse-prezidenti olub.

David Məmmədov 1955-ci ildə Kürdəmir şəhərində anadan olub. 1980-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu “Neftin və qazın kimya texnologiyası” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Vladimir İliç adına Yeni Bakı Neft Emalı Zavodunda başlayıb. 1994-cü ilədək Yeni Bakı Neft Emalı Zavodunun operatoru, qurğu rəisi, sex rəisinin müavini, sex rəisi, şöbə rəisi vəzifələrində işləyib. 1994-2005-ci illərdə “Azərneftyanacaq” İB-nin Baş direktorunun birinci müavini-baş mühəndis, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Baş mühəndisi olub. 2005-ci ildən Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti olub.

Tofiq Qəhrəmanov 1953-cü ildə Bakıda anadan olub. 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektrik ixtisası üzrə bitirib. 1976-1983-cü illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu – red.) İnformasiya-hesablama mərkəzində mühəndis vəzifəsində işləyib, zavodun komsomol komitəsinin katibi olub.

1983-1990-cı illərdə keçmiş partiya təşkilatlarında – əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. 1990-1991-ci illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunda direktor müavini, 1991-1993-cü illərdə zavodun təsis etdiyi “Azinteroil” Birgə Müəssisəsinin Baş direktoru işləyib.

1994-1998-ci illərdə isə özəl bizneslə məşğul olub. 1998-2006-cı illərdə “Azərneftyanacaq” İB-də texniki-iqtisadi şöbənin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifələrində çalışıb. 2006-2007-ci illərdə Dövlət Neft Şirkətinin Emalın strateji inkişafı şöbəsinin rəisi, 2007-2010-cu illər ərzində isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub. 2010-cu ildən Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti olub.

Bəhram Hüseynov 1956-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı” ixtisası üzrə bitirib və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışıb.

1988-ci ilin iyulundan “Xəzərdənizneftqaz” İB İstehsalat Birliyinin baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilib, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışıb.

1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geoloqu vəzifəsində çalışıb. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu “Şahdəniz” layihəsində geoloji kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilib.

2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi “AÇG” yatağının işlənməsi layihəsində geoloji qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbəri, “Azəri” yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, “Azəri” yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışıb. 2011-ci ilin yanvarından Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.

2016-cı ildə Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilib.

Əvvəlki yazı

Pərvin Abıyeva indiyə qədər aldığı ən yüksək qonararı açıqlayıb – VİDEO

Sonrakı yazı

Şübhəli hərəkətlər edən sürücüdən narkotik vasitə tapıldı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.