05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İŞDƏN ÇIXARILAN İCRA BAŞÇILARI HƏBS OLUNA BİLƏR – Adları milyonluq məhkəmə işində keçir

09 İyun 2018, 15:39
Gündəm, Cəmiyyət
A A
İŞDƏN ÇIXARILAN İCRA BAŞÇILARI HƏBS OLUNA BİLƏR – Adları milyonluq məhkəmə işində keçir

Son günlər prezidentin sərəncamı ilə bir neçə icra başçısı vəzifəsindən çıxarılıb. Onlardan ikisi – Ağdam rayon icra başçısı Raqub Məmmədov və Tovuz rayon icra başçısı Tofiq Zeynalov sosial şəbəkələrdə geniş müzakirə olunub.“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna səbəb hər iki vəzifəli şəxsin milyonluq məhkəmə işlərində adının hallanmasıdır.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işində Qoşqar Zeynalov zərərçəkmiş kimi tanınıb. Q.Zeynalov artıq vəzifədə olmayan Tofiq Zeynalovun oğludur.

 Rahib Hüseynov

Rahib Hüseynov

Q.Zeynalov məhkəmədə ifadəsi zamanı R.Hüseynovla qohum olduqlarını deyib: “Rahib bir gün mənə iş qurmağı təklif etdi. ahib “Mənə dedi ki, “Dəmir Yolları”na yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul istədi. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir”.

R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirdən 3 milyon 200 min manat pul verib.

Ağdamın eks-başçısı Raqub Məmmədovu isə zərərçəkmişlər ifadələri zamanı cinayətdə ittiham edib. Belə ki, keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlunun dələduzluqda ittiham edildiyi məhkəmə işində ifadə verən şəxslər R.Məmmədovun da dindirilməsini tələb ediblər.

Zərərçəkmiş Eldəniz Nurəddinov deyib ki, qardaşı oğlunu həbsdən azad etdirməsi üçün T.İbrahimova 10 min 700 manat verib: “Teylorun Ağdamın icra başçısı Raqub Məmmədovla yaxın münasibətləri var idi”.
Digər zərərçəkən İsmayıl Məmmədov isə işin içində icra başçısı R.Məmmədovun da olduğunu deyib: “Mən icra nümayəndəsinin müavini təyin olunmaq üçün Teylora 5 min manat verdim. Dəfələrlə başçının qəbulunda oldum, mənə “sən öl” vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq”.
Raqub Məmmədov bu iş üzrə istintaqa da cəlb olunub və ifadəsi alınıb.

O bildirib ki, T.Fətişoğlu onun adından istifadə edərək bəzi şəxslərdən pul alaraq onları rayonda vəzifəyə təyin etdirəcəyini vəd edib: “Teylor mənim adımdan İsmayıl Məmmədovdan pul alıb onu icra nümayəndəsi, Rafil Hətəmovdan isə 35 min manat alaraq Su-kanal İdarəsinə rəis təyin etdirəcəyini deyib. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokurorluğuna məlumat verdim”.

Əvvəlki yazı

Naxçıvana yeni ekologiya və təbii sərvətlər naziri təyin edilib

Sonrakı yazı

Ermənilərdən azad etdiyimiz kəndlə bağlı – MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.