Müsavat partiyasının sabiq sədri İsa Qəmbərin Kanadada yaşayan oğlu, ötən gün qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşan İlkin Qəmbər ermənilər haqqında film çəkib.
Teleqraf.com sözügedən məsələ ilə bağlı İlkin Qəmbərin anası, şərqşünas alim Aida Bağırova ilə əlaqə saxlayıb.
Anası oğlunun çəkdiyi filmi şərh eləməkdən imtina edib: “Birincisi, mən nə bu filmi, nə də sözügedən məsələləri şərh edirəm. İkincisi, bu, tarixi kontentdir, yəni tarixi mövzudur”.
Aida Bağırova “İlkin bu filmi çəkməkdən imtina edə bilərdimi” sualını da şərh etmək istəmədiyini deyib: “İstəsəniz özünə müraciət edə bilərsiniz”.




















