06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İsa Qəmbər qayıtsa Medvedev variantına oxşayar” – Hacızadə

18 Sentyabr 2019, 10:38
Gündəm, Seçmə
A A
“İsa Qəmbər qayıtsa Medvedev variantına oxşayar” – Hacızadə

Müsavat Partiyası növbəti, 9-cu qurultayını oktyabrın 12-də keçirmək barədə qərar verib. Partiyanın hazırkı başqanı Arif Hacılı “Amerikanın səsi”nə açıqlamasında budəfəki qurultayın hesabat-seçki qurultayı olacağını bildirib. Ali toplantıda partiya başqanının, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Təşkilati məsələlərə baxılacaq, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri və Məclisin sərbəst üzvləri seçiləcək. Eyni zamanda proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.

“Partiya başqanlığına namizədlər ötən qurultayda ilkin seçki yolu ilə müəyyən edilib, bəs indi necə müəyyənləşdiriləcək” sualının cavabında A.Hacılı deyib ki, namizədlərin müəyyənləşməsi üçün hər hansı prosedur yoxdur, istənilən partiya üzvü başqanlığa namizədliyini irəli sürə bilər.

Öz namizədliyi ilə bağlı sualın cavabında Hacılı deyib ki, nizamnaməyə görə, onun daha bir müddət başqan olmaq hüququ var: “Namizədlərin irəli sürülməsi elan edildikdən sonra mən öz qərarımı açıqlayacağam”.

Müsavat başqanlığına isə artıq iki nəfər namizədliyini elan edib. Bunlar Müsavat Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Yadigar Sadıqlı bildirib ki, partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmir və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. “Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”, – deyə o bildirib.

Tofiq Yaqublu isə bildirib ki, hər bir partiya üzvünün seçkili qurumlara namizədliyini irəli sürməyə haqqı var və burada kiminsə başqanlığa namizəd olması qeyri-adi bir məsələ deyil: “Əgər başqan seçilərəmsə, Müsavatın ümumi xətti davam etdiriləcək. Təbii ki, nizamnamə çərçivəsində bu və ya digər korrektələr ola bilər. Düzü, indidən nə edəcəyimi açıqlamaq istəmirəm. İstənilən halda hər bir fərd yeni bir nəfəs, yeni prinsip deməkdir. Başqa şəxslərin namizəd olması normaldır. Yadigar Sadıqlı namizədliyini irəli sürüb. Başqaları da ortaya çıxa bilər. Hörmətli Arif Hacılı ilə yüzdə-yüz eyni düşünsəydim, heç namizəd olmazdım. Amma nəyi, necə düzəltmək istəyirəm, bax, onu qurultayda bəyan edəcəyəm”.

Xatırladaq ki, Müsavat Partiyasının 8-ci qurultayı 2014-cü il 27 sentyabrda keçirilib. Həmin qurultay Müsavatın 1992-ci ildən sonra keçirilən ən gərgin və kəskin mübarizə şəraitində keçən və İsa Qəmbərin 22 illik başqanlıqdan getməsini rəsmiləşdirən qurultay olub. Qurultayda Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqan seçilib. Onun namizədliyini səsvermədə iştirak edən 450 qurultay iştirakçısından 228-i dəstəkləyib. Namizədlərdən səslərin sayına görə ikinci yerdə Müsavat Divanının üzvü Qubad İbadoğlu gəlib – 200 səs. Müsavat Divanının üzvü Tural Abbaslı isə 19 səslə üçüncü yerdə qərarlaşıb.

Partiya başqanı vəzifəsi uğrunda rəqabətə 4 namizəd qatılsa da, səsvermədən öncə qurultay iştirakçıları qarşısında çıxış edən Səxavət Əlisoy namizədliyini Qubad İbadoğlunun xeyrinə geri çəkib.

22 il Müsavata başqanlıq edən İsa Qəmbər isə nizamnamənin “Bir şəxsin iki dəfədən artıq partiya başqanı olması yolverilməzdir” qadağasına əməl edərək namizədliyini irəli sürməmişdi. Müsavat üzvlərinin bir çoxu partiyanın bütövlüyü naminə nizamnamədəki qadağanın ləğv olunmasını və İsa Qəmbərin namizədliyinin irəli sürülməsinə çağırış etsələr də İsa Qəmbər mövqeyindən geri çəkilmədi.

8-ci qurultaydan sonra Müsavatdan qopmalar və azad edilmələr başladı. Partiyanın bir sıra tanınmış üzvləri partiyadan istefa verdilər, bəziləri isə Müsavat Divanı tərəfindən xaric edildilər. Növbəti qurultayda və qurultaydan sonra da buna bənzər hadisələrin yaşanmamağı üçün ən optimal çıxış yolu kimi İsa Qəmbərin başqanlığa qayıtması göstərilir. Əks halda, yenə də seçkini uduzan tərəflərdən ikisinin Müsavatdan gedəcəyi ehtimalının yüksək olduğu deyilir. İsa Qəmbərin yenidən başqanlığa qayıtmasına isə hazırda hüquqi əngəlin olmadığı bildirilir.

Müsavat Divanının sabiq üzvü Hikmət Hacızadə isə “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər başqan qayıtsa belə, avtomatik olaraq Müsavatın əvvəlki gücü və nüfuzu qayıtmayacaq: “Gərək hansısa ciddi addımlar atılsın ki, partiya yavaş-yavaş əvvəlki nüfuzunu, gücünü bərpa edə bilsin. Bu məsələ ”sehrli çubuq”la həll edilən məsələ deyil. Partiyanın bir hissəsi gedib. Düz gedib, səhv gedib, bu, başqa məsələdir. Ancaq siyasətçinin, idarəçinin, müdirin borcudur ki, bu cür problemləri necəsə həll eləsin. Siyasət idarəetmə deməkdir. İsa Qəmbər ya gərək zamanında bu və ya digər yollarla imkan verməyəydi məlum proseslərin baş verməsinə, ya da indi gərək hansısa ciddi addımlar atmalıdır ki, gedənlər geri dönsün, partiyanın gücü bərpa olsun. Partiyanın yarısını geri qaytarmaq lazım gələcək. Bunun üçün də xeyli işləmək lazım olacaq. Mən demirəm ki, İsa Qəmbər bunu bacarmaz. Deyirəm ki, o, bunu eləməlidir ki, partiyanın nüfuzu yenidən qayıtsın. Seçilmək naminə seçilməklə isə heç nə dəyişməz. Digər tərəfdən isə mən İsa Qəmbərin yenidən başqan qayıtmasını təqdirəlayiq saymaram. Çünki belə bir addımın atılması Putinlə Medvedyevin bir-birini əvəz etməsinə bənzəyər”.

H.Hacızadə vurğuladı ki, seçkilər düzgün keçirilsə, İsa Qəmbərin namizədliyinin olub-olmamasından asılı olmayaraq qopmalar baş verməməlidir: “İkincisi, narazı adamları da razı salmaq lazımdır! Biz hamımız-hərəkatda olan adamlar əsəbi adamlarıq, biz elə-belə adamlar deyilik. Biz 30 ildir təzyiq altındayıq, əsəb sistemimiz başqadır. Bizim ağlımıza başqa-başqa axmaq şeylər gəlir. Onu idarə eləmək lazımdır. Əgər yenidən partiyada narazılıq olsa, onda gərək indiki rəhbərlik bacarsın ki, ehtimalən küsən adamlar getməsin. Mənim dediyim odur ki, rəhbər parçalanmağa qoymamaq məharəti nümayiş etdirməlidir”.

Əvvəlki yazı

Vidadi Zeynalov: “Mən qara dəftəri bağlamışam” – Foto

Sonrakı yazı

Yaxın Şərq alov içində: ABŞ İranla savaş başladır?

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.