12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İsa Qəmbər: “Zorakılığa etirazdan çəkinməyin”

21 Sentyabr 2019, 10:48
Gündəm, Seçmə
A A
İsa Qəmbər: “Zorakılığa etirazdan çəkinməyin”

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlının ailəsində baş verənlərə münasibət bildirib.

Reportyor.info-nun məlumatına görə, İsa Qəmbər Facebook sosial şəbəkəsində yazdığı statusda həyat yoldaşı və qızlarına qarşı şiddət göstərən Fuad Qəhrəmanlını tənqid edib.

O, bununla bağlı bildirib: “Dünən oxuduğumuz dəhşətli hadisədən xəbər tutanda 2018-ci ilin 2 dekabrında gənclərin dəvəti ilə iştirak etdiyim bir tədbiri xatırladım.

“Dünya Uşaqların Gözü ilə” adlı bu tədbirdə təşkilatçıların qeyd etdiyi kimi “yüzlərlə istedadlı uşaqların arasından seçilmiş 9-15 yaşlı natiqlərin öz maraq sahələrinə uyğun düşüncələrini və təkliflərini” dinlədik. Paylaşdığım fotonu həmin tədbirdə çəkmişdim. Şəkildə ən sağdakı uca boylu məktəbli qız Sanay Yagmurdur.

Yüzlərlə istedadlı uşaqların arasından seçilmişlərdən biri olan Sanay ilk natiqlərdən biri oldu və burada da fərqləndi. Onun “öz maraq sahəsinə uyğun” mövzusu … uşaq və qadın hüquqları və ailədaxili şiddətlə bağlı idi! Sanay çox parlaq və yaşına görə çox yetkin bir çıxış etdi.

Tədbirdən sonra Zümrüd xanımı təbrik etdim, qürur duyulası bir övlad yetişdirdiyini bildirdim. Amma o zaman bilmirdim və düşünmədim ki, Sanay həm də başlarına gələnlərdən təsirlənib bu mövzunu seçib.

Heyf ki, tədbirin videosu yoxdur. Yeri gəlmişkən həmin gün digər uşaqlar da çox fərqli və maraqlı çıxışlar etmişdilər. Mən hesab edirəm ki, həyati təhlükə olmadan heç bir insanın başqa insana zorakılıq etməyə haqqı yoxdur. Zəifə qarşı zor ikiqat cinayətdir.

Bu qorxinc hadisəyə gənclərin reaksiyası, cəmiyyətin nümayiş etdirdiyi içtimai qınaq məni əsasən qane etdiyi üçün münasibət bildirməyə tələsmədim. Açığı söhbətin partiyalar arası savaş kimi görünəcəyinin də həm partiyalara, həm də bu mühüm mövzuya ziyanlı olacağından ehtiyatlanırdım.

Lakin bu ictimai diskussiya zamanı bəzilərinin mövzuya tamamilə yanlış mövqeləri, ailəiçi şiddətə normal, sıradan bir hal kimi yanaşmaları, bəzilərinin isə partiya “maraqlarından” çıxış etmələri məni də münasibət bildirmək zərurətinə inandırdı.

Əvvəlcə Hüseyn Cavidin şeiri ilə münasibət bildirmək istədim. Çünki H. Cavid bu məsələyə fəlsəfi-konseptual mövqe bildirib və nəinki zorakılığa qarşı çıxıb, həm də bəyan edib ki, bəşəriyyətin xilası və inkişafı qadın azadlığına bağlıdır. Bu müsavatçılığın mahiyyətinə də uyğun yanaşmadır.

Lakin gənclərin reaksiyasından anladım ki, bu yetərli deyil. Oxuduğumuz hadisələrin baş verməsinin səbəblərindən biri də özünü kişi adlandıranların belə hadisələrə tələb olunan reaksiya verməməyi, “ailə daxili məsələdir” deyib keçməyidir. Buna son qoymaq lazımdır.

Bu cür hadisələrin şahidi olanda və ya bu barədə eşidəndə birmənalı münasibət göstərmək lazımdır. Susmaq, təmkin nümayiş etdirmək zorun tərəfində olmaq deməkdir. Mən heç zaman zorun tərəfində olmamışam və olmaq niyyətində də deyilən.

Qadına qarşı, uşağa qarşı zorakılıq ailə daxili məsələ deyil. Bu bizim hamımıza toxunan məsələdir. Buna susmaq isə yolverilməzdir. Cəmiyyətdən, ailənin reaksiyasından qorxmayıb səsini qaldıran hər bir qadın isə cəsarət nümayiş etdirir. Bizə bu cəsarətdən daha çox lazımdır. Zorakılığa qarşı səsinizi qaldırmaqdan çəkinməyin.

Onu da etiraf edim ki, bu qeydlərimi yazarkən Fuad Qəhrəmanlının istefa xəbərinin yayılması fikrimi paylaşmağı asanlaşdırdı. Bu bir hadisəyə, bir adama, bir quruma aid yazı deyil.

Mən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi bəyan edirəm ki, MSDM-də ailəiçi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşan kimsə varsa özü bizdən kənarlaşsın. Biz belə birini görsək onu kənarlaşdıracağıq.

Və mənə doğma Müsavat Partiyasından başlamış bütün qurumlara da belə mövqe bildirməyi tövsiyyə edirəm. Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!”

Əvvəlki yazı

Fazil Mustafa: “Valideyn qızını satırsa…”

Sonrakı yazı

“Akula Akif” Bakıda 7 milyon dollar qazandı – MTN işi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.