Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər koronavirusa qarşı peyvənd olunub.
Reportyor.info xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədəki hesabında foto və video paylaşıb.
İ. Qəmbər vətəndaşları peyvənd olmağa səsləyib: “Birinci doza peyvəndləndim. Özünüzü, millətimizi, bəşəriyyəti koronavirus bəlasından xilas etmək üçün peyvəndlənin!”
Qeyd edək İsa Qəmbər 1957-ci ili fevral ayının 22-də anadan olub. Bu gün onun 64 yaşı tamam olur.