“Ermənistan Dağlıq Qarabağda döyüş meydanında müharibəni uduzur. Elə buna görə də Azərbaycanın mülki obyektlərini və əhalisini raket atəşinə tutur”.
Bunu APA-nın Böyük Britaniya bürosuna açıqlamasında irlandiyalı tarixçi, siyasi analitik Patrik Valsh deyib.
O bildirib ki, Ermənistan bununla Azərbaycanın onlara cavab verməsini və ağılsızcasına düşdükləri vəziyyətdən Rusiya tərəfindən xilas olunmaq istəyir.
- Valsh qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda üzləşdiyi məğlubiyyətdən xilas olmaq üçün müharibəni regional müstəviyə çəkməyə cəhd göstərir.
“Ermənilərin mülki şəxslərə qarşı hücumları beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalıdır”, – deyə siyasi analitik vurğulayıb.