Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İraqdakı təmaslarını davam etdirir. İraqın xarici işlər naziri Fuat Hüseynlə görüşən Kuleba daha sonra İraqın baş naziri Məhəmməd Şia Sudani tərəfindən qəbul edilib. İkitərəfli münasibətlərin yaxşılaşdırılması yollarının müzakirə edildiyi görüşdə Sudani ölkəsinin müharibə və silahlı münaqişələrin rədd edilməsi ilə bağlı prinsipial mövqeyinə toxunaraq, beynəlxalq və regional problemlərin və mübahisələrin həllində dialoq çağırışını əsas götürdüyünü ifadə edib. Ölkəsi ilə İraq arasında yaradılmış müştərək komissiyaları aktivləşdirmək və ikitərəfli əməkdaşlığa dəstək vermək arzusunda olduğunu bildirən Kuleba, hökumətinin İraqın regional və beynəlxalq sabitlik və sülhə dəstək verən təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayıb.