12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İRAQDA PARLAMENT SEÇKİLƏRİ:daha bir nüfuz savaşı meydanında Tehran amerikalılara hansı mesajlar göndərir? – TƏHLİL

11 May 2018, 11:06
Dünya
A A
İRAQDA PARLAMENT SEÇKİLƏRİ:daha bir nüfuz savaşı meydanında Tehran amerikalılara hansı mesajlar göndərir? – TƏHLİL

Huzifə Fəyyaz

“Əl-Cəzirə”

 

Analitiklərin fikrincə, İraqın siyasi tərəqqisi ABŞ-ın İranla nüvə sazişindən imtina etməsinə görə çətinləşəcək, çünki iki rəqib ölkə İraqdakı fərqli tərəfləri dəstəkləyir.

İŞİD-in məğlubiyyətindən sonra mayın 12-də ilk parlament seçkiləri keçiriləcək və ekspertlər son bir neçə il ərzində ABŞ və İranın oynadığı rolları nəzərə alaraq, bunun İraqın siyasi sahəsinə ciddi təsir göstərdiyini söyləyirlər.

ABŞ, baş nazir Heydər İbadinin hökumətini dəstəkləsə də, İranın “İslam Keşikçiləri” özünə sadiq şiə milislərin partiyalarına tərəfkeşlik edirlər.

Mütəxəssislərin fikrincə, ABŞ və İranın İraqdakı təsir savaşı 2003-cü ildə ABŞ işğalı ilə başlayıb. Səddamın devrilməsinin ardınca ABŞ, İraq ordusunu ləğv və sünni BƏƏS partiyasını qadağan edib.

BƏƏS partiyası 40 il iqtidarda olub və yeni qanuna əsasən, partiyanın üzvü olmuş bir çox iraqlı iş yerlərini itirib. Nəticədə təxminən 400 min insan İraq cəmiyyətində marginallaşıb.

ABŞ şiə siyasətçi Nuri əl-Malikinin baş nazir seçilməsinə yardım edib, nəticədə 2006-cı ildən 2008-ci ilə qədər bir milyondan çox iraqlını məcburi köçkünə çevirən məzhəb müharibəsində sünnilər və kürdlər hədəfə alınıb.

 

İraq seçkilərinin özəlliyi

Mayın 12-də keçiriləcək seçkilər əvvəlkilərdən fərqli görünür, çünki “regional məsələlər yerli olanlardan daha vacibdir”. Bunu “əl-Cəzirəyə” “Siyasət Arabiya” jurnalının baş redaktoru Heydər Səid bildirib.

İraqlılar ABŞ-İran əlaqələrinin pisləşməsindən qorxaraq, ölkənin məzhəbi və daxili siyasi ayrılıqlarını aşan millətçi hökumət yaratmağa cəhdi göstərirlər.

Heydər Səid deyib: “İbadi keçmişdə ABŞ və İranın maraqlarını balanslaşdırmada müvəffəqiyyət qazanmışdı, amma hər kəsin indi bunu davam etdirməsi daha çətin olacaq”.

“Yaxın Şərq Forumu”nun analitiki Aymən Cavad əl-Tamimi deyib: “ABŞ hökuməti ümumiyyətlə, İranın nüfuzuna zidd olaraq İraqdakı təsirini davam etdirməyi vacib hesab edir. Bu, İranın təsirini məhdudlaşdırmaq, İraq hökumətində və təhlükəsizlik sektorunda İran tərəfdarı olan fraksiyaların hakimiyyətinin qarşısının alınması ilə bağlıdır”.

 

Geostrateji dərinlik

“Chatham House”-un tədqiqatçısı Renad Mənsur bildirib ki, İraqın geostrateji əhəmiyyəti ABŞ-ın ölkədə nüfuzunu saxlamaq niyyətinin bir səbəbidir.

Mənsur deyib: “İraq hökumətini dost tutmaq bölgədəki geosiyasi hesablamalar baxımından ABŞ üçün əhəmiyyətlidir. ABŞ İraqı itirsə, bu ərazidə əhəmiyyətli miqdarda təsiri yox olur”.

Keçmişdə ABŞ İranın İraqdakı təsirinə laqeyd qalmışdı, amma Səid yaxın gələcəkdə İraqın müttəfiq seçmək məcburiyyətində qalacağı fikrini müdafiə edir. “Önümüzdəki bir neçə ildə ABŞ rəhbərliyi İraq liderlərindən soruşacaq ki, İranla mübahisələrdə hansı tərəfi seçirlər. Bu, İraqı çətin bir vəziyyətdə qoyacaq”.

İranın qonşu ölkələrdəki təsirini daha da gücləndirməklə, ABŞ-ın təcavüzkar ritorikasına və nüvə sazişini ləğv etməsinə cavab verməsi gözlənilir.

Qətər Universitetinin Körfəz Tədqiqatları Mərkəzinin direktoru Məhcub Zuveyri İranın buna artıq zəmin hazırladığını söyləyib. Bunun İraqdakı seçkilərə necə təsir edəcəyi hələ bəlli deyil, “amma gərginlik keçən həftə İbadinin baş nazir olmağının qanuniliyini şübhəyə alması artıq ilk əlamətdir”.

 

Mesaj göndərmə

İkinci dövr üçün baş nazir olması gözlənilən İbadi ABŞ, İran və Səudiyyə Ərəbistanı ilə balanslı bir əlaqəni davam etdirməyə müvəffəq olub. Bununla belə, o, İraqda ABŞ-ın adamı kimi qəbul edilir və bu, onun siyasi imicinin güclənməsinə mane ola bilər.

Zuveyri deyib: “İran ABŞ-a açıq bir mesaj göndərməyə çalışır ki, nüvə sazişinə təzyiq göstərmək istəsəniz, bunun ilk cavabı İraqda olacaq. Əlbəttə ki, İraq mesaj göndərməyə çalışılan yeganə platforma deyil. Livan seçimi də “Hizbullah”ın lehinə nəticə ilə aydın bir mesaj idi”.

Mayın 6-da İranın dəstəklədiyi şiə partiyası Livan parlamentində artıq kiçik üstünlük qazanıb.

Zuveyri əlavə edib ki, Livandakı siyasi qazanclar baxımından İran bundan ABŞ-la ünsiyyət qurmaqda faydalana bilər, çünki münasibətlərin pisləşməsi bütün regionda əks olunacaq.

Mənsurinin sözlərinə görə, bu, xüsusilə ABŞ-ın nüvə razılaşmasından çıxması ilə əlaqədar gerçəyə çox yaxın gümandır. “Amma İraqda anti-İran həssaslığı artdığına görə Tehran diqqətli olmalıdır. İranın təsirinə meydan oxuma küçələrdə təzahür etsə, ABŞ bundan istifadə edə bilər”.

 

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çata bilər.

Sonrakı yazı

AXC 9 may Qələbə gününü niyə bayram kimi ləğv etmişdi? –Sabiq baş nazir aydınlıq gətirdi

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.