07-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İRAQDA HƏBSXANADA QALAN AZƏRBAYCANLI UŞAQLAR – “Nə olar, bizə kömək edin…”

20 İyul 2019, 10:31
Cəmiyyət
A A
İRAQDA HƏBSXANADA QALAN AZƏRBAYCANLI UŞAQLAR – “Nə olar,  bizə kömək edin…”

Bu ölkədə ən çox vətəndaşı həbs edilən Azərbaycandır

Uzun müddətdir ki, Bağdaddakı İŞİD qurbanı olan azərbaycanlı uşaqların taleyi barədə rəsmi məlumat yoxdur. İki ay öncə “Reuters” agentliyinin müxbiri  İraqın paytaxtı Bağdadda yerləşən Rusafa qadın həbsxanasından geniş reportaj hazırlayarkən azərbaycanlı uşaqların ona necə yalvarmasından bəhs etmişdi.

“Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin” deyə azərbaycanlı bir qız müxbirə dil töküb. “Bizə paltar, dərman gətirmisən? Bizə dərman lazımdır”. Bunu isə digər mavi hicablı azərbaycanlı qız deyib. Həbsxana direktoru müxbirə bildirib ki,  bu sözləri deyən azərbaycanlı qızın anası ömürlük həbsə məhkum olunub. Çünki anası İŞİD-ə üzv olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı isə məlum deyil.

İraq həbsxanasında qalan azərbaycanlı uşaqlar ile ilgili görsel sonucu

“Reuters” Azərbaycan üçün çox mühüm sensansiyalı məlumat da açıqlayıb. Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş əcnəbi ölkələrdən biridir! Bu sırada Rusiya və Türkiyə də var. Ancaq agentlik Azərbaycanın Xarici İşlər Nazirliyindən İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair şərh ala bilmədiyini yazmışdı.

Qeyd edək ki, 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirmişdi ki, ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Elə həmin il millət vəkili Qənirə Paşayeva İraqda səfərdə olmuş və orada kimsəsizlər evində qalan 20 azərbaycanlı uşaqla görüşmüşdü. Həmin uşaqlar millət vəkilinə “Məni də apar özünlə evimizə”, “Mən də getmək istəyirəm Azərbaycana”, “Bizi nə zaman aparacaqsınız buradan” deyə yalvarmışdılar. Millət vəkili bildirmişdi ki, həmin uşaqların Azərbaycana gətirilməsi üçün lazım olan vəsait yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Bundan sonra bu məsələ uzun müddət gündəmdə qaldı və dövlət rəsmiləri məsələyə reaksiya verərək, müvafiq qurumların tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etdi. Hətta əvvəl 9 uşaq, daha sonra isə digər uşaqların ölkəyə gətirildiyi barədə açıqlama verildi.

İraq həbsxanasında qalan azərbaycanlı uşaqlar ile ilgili görsel sonucu

Beləliklə, yayılan informasiyalardan belə məlum olur ki, hələ də İraqda çoxlu azərbaycanlı qadın və uşaqlar saxlanılmaqdadır. Qadınların İŞİD-ə qoşulduqları üzərində cinayət məsuliyyəti yaratdığından hələlik onların ölkəyə gətirilməsi mümkünsüz görünür. Lakin günahsız uşaqların ölkəyə gətirilməli olduğu bildirilir. Artıq bir neçə dövlət İraqdakı vətəndaşlarının, xüsusən də uşaqların öz ölkəsinə gətirilməsinə nail olub, bu yöndə ciddi işlər aparmaqdadır. Məsələn, bu yaxınlarda Tacikistan hökumətinin İraqdan 84 azyaşlını repatriasiya etdiyi barədə məlumat yayıldı. Eləcə də Çeçenistan prezidenti Ramzan Kadırov İŞİD-ə qoşulan vətəndaşlarına qarşı çox sərt mövqe nümayiş etdirsə də bir müddət bundan əvvəl onun  təşəbbüsü ilə Suriya və İraqın qaynar nöqtələrində qalan 100-ə yaxın insan Qroznıya gətirildi. Onların arasında qadınlar, uşaqlar da var.

Bəs İraqda gözü yolda qalan, qarşılarına çıxan hər kəsdən onların ölkəsinə geri qaytarılmasını yalvaran azərbaycanlı uşaqların taleyi necə oldu?  Rəsmi qurumlar bu barədə hansı işlər aparır?

İraq həbsxanasında qalan azərbaycanlı uşaqlar ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Leyla Abdullayeva bildirdi ki, Azərbaycanın İraqdakı Səfirliyi mütəmadi əsaslarda İraqın XİN və digər aidiyyəti qurumları ilə təmasdadır: “Məlum olduğu kimi, ötən il İraqdan valideynlərini itirmiş 20 azyaşlı uşaq ölkəmizə qaytarılıb. Bu istiqamətdə işlər müvafiq qaydada davam etdirilir”.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi sorğumuza cavab olaraq bildirdi ki, həmin uşaqlar bütün avadanlıqlarla təmin olunub, onların psixoloji durumları və digər problemlərinin həlli yolunda Səhiyyə Nazirliyi, DTX, XİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi komitə ilə birgə bu işi aparır.

Xatırladaq ki, bundan əvvəl mövzu ilə bağlı əməkdaşımız Azərbaycanın hazırda İraqdakı səfiri Ramiz Qafarovla əlaqə saxlamağa çalışmışdı. Lakin səfir əməkdaşımızın sualını dinləyib, ona cavab vermək istəmədiyini bildirmişdi.

Əvvəlki yazı

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda maarifləndirmə xarakterli tədbirləri davam etdirib – FOTO – VİDEO

Sonrakı yazı

Əlcəzair Afrika çempionu olub – 29 ildən sonra

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.