İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının İraq paytaxtı Bağdadda öldürülən komandiri general Qasım Süleymani və digər hərbçilərlə vida mərasimi keçirilir.
Tehran Universitetində təşkil olunan mərasimə İranın Ali rəhbəri Ayətullah Əli Xamenei, Prezident Həsən Ruhani, hökumət üzvləri və din xadimləri qatılıblar.
Hazırda universitetin ətrafına 100 mindən çox insan toplanıb. Tehranın mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb və yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilib.
Tehran Universitetində keçirilən mərasim başa çatandan sonra cənazə paytaxtın “İnqilab” meydanından “Azadi” meydanına gətiriləcək, oradan isə Qum şəhərinə göndəriləcək. Bu şəhərdə Q.Süleymani ilə vida mərasimi keçiriləcək. Q.Süleymani yanvarın 7-də doğulduğu Kerman şəhərində dəfn olunacaq.
Virtualaz.org general Süleymani ilə vida mərasimindən yeni video və fotoları təqdim edir.