10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İranlı həkimin azərbaycanlı qızları öldürməsi davam edir – Faktlar

16 May 2020, 10:01
Cəmiyyət, Seçmə
A A
İranlı həkimin azərbaycanlı qızları öldürməsi davam edir – Faktlar
Azərbaycanda özünü plastik-estetik cərrah kimi təqdim edən İran vətəndaşı Sirus Qoçqani daha bir pasiyentin həyatına son qoyub. Mayın 11-də plastik cərrahiyyə əməliyyatına götürülən 1996-cı il təvəllüdlü Turanə Musazadə Sirus Qoçqaninin bıçağı altında canını tapşırıb.
İctimai vəkil Samir Zeynalov illərdir ki, Sirus Qoçqaninin Azərbaycan ərazisində sertifikasiyadan keçmədən cərrahi əməliyyatlar həyata keçirdiyini dövlət qurumlarına, hüquq mühafizə orqanlarına çatdırmaq üçün çabalar göstərir. Ən müxtəlif dövlət qurumlarına dayanmadan müraciətlər edir, tədbir görülməsini istəyir. Hərəkətsizlik, tamahkarlıq Sirus Qoçqaninin əlindən cərrah bıçağının alınmasına mane olur. Nəticədə Qoçqani öz işindədir, adam öldürməkdə davam edir…
Turanə Musazadə
Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova Sirus Qoçqaninin sertifikasiyadan keçmədiyini təsdiq edir. Amma onu dayandıran tapılmır. S.Qoçqaninin adı Azərbaycan mətbuatına 2017-ci ildə Leyla Oruclunun ölümündən tanışdır. Hələ o dövrdə Qoçqaninin dayandırılmasının vacibliyi vurğulanan fikirlər səsləndirilib, bunun üçün hüquq mühafizə orqanlarına çağırışlar olmuşdu. Aradan 2 il ötdü və 2019-cu ilin mayında Sirus Qoçqani daha bir pasiyentin həyatına son qoydu. Həkim Sona Gürgün Vəliyeva onun əməliyyatı zamanı cərrahiyyə masasında öldü.
Baku Medikal Plaza”dakı ölüm işinin sensasion təfərrüatları …
Samir Zeynalov
İddia olunur ki, 3 pasiyentinin həyatına son qoyan Sirus Qoçqani sertifikasiyadan keçirməli olanlar çox yaxşı tanıyırlar və bilərəkdən keçirmirlər. Bununla məsuliyyəti üzərlərindən götürürlər, eyni zamanda seyrçiliklə Qoçqaninin Azərbaycan vətəndaşlarının öldürməsinə tamaşa edirlər.
S.Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir.
2019-cu ilin mayında onun bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişəndən sonra belə xəbərlər vardı ki, Qoçqani daha belə əməliyyatlara buraxılmayacaq. Az keçmədən o, yenidən fəaliyyətini davam etdirdi və ictimai vəkil Samir Zeynalov dönə-dönə onun fəaliyyətinin dayandırılmasının zəruriliyini açıqladı.
Bakıda əməliyyat stolunda ölən ginekoloqun həyat yoldaşı infarkt …
Sona Gürgün Vəliyeva
Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlandırıblar, həbsini istəyiblər.
Əslində isə Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyildi və onu bu tələbsiz də həbsə almalı, ən azı cərrah kimi fəaliyyətini dayandırmalı idilər…
Leyla Oruclunun ölümü ilə bağlı cinayət işinə xitam verilib
Leyla Oruclu
2017-ci ildə Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqani mərhumun  yaxınlarından uzaq gəzməyə çalışırdı. Mərhum modelin yaxınlarına xəbər yollamışdı ki, guya əməliyyatdan sonra psixologiyası pozulub, dağlara çəkilib.
Ölən modelin anası: `Qızımı əməliyyata gözündə linza, saçında …
Sevinc Oruclu
22 yaşlı modelin anası Sevinc Oruclu qızının vəfatından sonra xəstəxananın anestezioloqunun və icraçı direktorunun onları ziyarət etdiyini, ancaq əməliyyatı həyata keçirən Sirus Qoçqaninin ortalıqda olmadığını açıqlamışdı.
Onun sözlərindən sitat: “Mən onlardan əməliyyatı həyata keçirən həkimin harada olduğunu soruşdum. Dedilər ki, guya onun psixologiyası pozulub. O gündən sonra heç bir əməliyyata girməyib. Gedib hansısa bir rayonda ağacın altında oturub və orada da gizlənib”.
Modelin anası qızının əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu, lakin Sirus Qoçqaninin buna baxmayaraq əməliyyatı gerçəkləşdirdiyini də axar.az-ın müxbirinə demişdi. Sitat: “Həmin gün saat 6-da əməliyyatdan çıxıb. Qızımı sonra palataya köçürüblər. Palatada Leyla kimi əməliyyatdan çıxan qızlar olub. Onlar da deyirlər ki, Leyla palataya daxil olan kimi onun vəziyyətinin ağır olduğu üzündən görünürdü. Həkimlər 5 dəqiqə sonra Leylanı reanimasiyaya aparıblar. Həmin gün biz gec xəbər tutduq. Reanimasiyaya gəldiyimiz zaman qızımın ölü kimi yatdığını gördüm. Ayın 25-də onu xəstəxanadan götürmüşük. Bədəninin aşağı hissəsi tamamilə hərəkətsiz idi. İlk dəfə yanına girən kimi ”qızım, məni eşidirsən?” deyə səsləndim. Yalnız qaşlarını tərpədə bildi. 25 iyun saat 11-12 radələrində dünyasını dəyişdi. Leyla çox qorxaq bir insan idi. O elə bilib ki, bu əməliyyat dırnaq qaynağı kimi bir şeydir. Hətta rəfiqəsinə də mesaj yazıb ki, əməliyyatdan sonra görüşüb bulvara gedərik, filmə baxıb evə dönərik. Düşünüb ki, gəlib yorğun olacağını deyib keçib otağında yatacaq. Ona əgər bu əməliyyatın 1 faiz belə ölüm riski olduğunu desəydilər, heç vaxt əməliyyat olunmazdı. Həm də o, Mübariz həkimin yanında olub. Mən qanla bağlı elan verəndə Mübariz həkim məni yığdı və “axı o qıza əməliyyat olmaz demişdim” dedi. Leylanın 50 kq çəkisi var idi. Mübariz həkim də onun heç bir əməliyyata ehtiyacı olmadığını, sadəcə, psixoloji olaraq başa salınmalı olduğunu dedi. Bu klinika da Mübariz həkimin analizləri ilə əməliyyatı edib. Ancaq analizlərdən də görünür ki, bu adamı əməliyyat etmək olmaz”.
3 nəfərin ölümünə səbəb olan Sirus Qoçqaninin həkim kimi işləməyə …
Sirus Qoçqani Leyla Oruclunun əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu bilə-bilə onu əməliyyat edib. Faktiki olaraq Sirus Qoçqaninin cinayətkarcasına yanaşması modelin əməliyyatdan sonra dünyasını dəyişməsinə yol açıb. 2 il sonra, yəni 2019-cu ilin mayında Sirus Qoçqani daha bir əks göstərişli pasiyenti  olan Sona Gürgün Vəliyevanı da əməliyyata götürüb və nəticə fərqli olmayıb. 1 il sonra daha bir əməliyyatda qeyd etdiyimiz kimi Turanə Musazadə onun əlinin altında ölüb.
 Bu, Sirus Qoçqani adlı birinin 3 Azərbaycan vətəndaşını öldürməsi haqda faktlardır.
Maraqlıdır ki, hələ model Leyla Oruclunun ölümündən sonra İranın Azərbaycandakı səfirliyi Sirus Qoçqaninin cərrah olmadığı haqda açıqlama da vermişdi. Amma bu məqama da səlahiyyət sahibləri diqqət etmədilər.
Vəkillər Kollegiyasına alternativ qurum yaradıla bilərmi? – BBC …
Fərhad Mehdiyev
Həmin günlərdə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev model Leyla Oruclunu əməliyyata götürən Sirus Qoçqani ilə bağlı İran səfirliyi ilə əlaqə saxlanıldığını açıqlamışdı.  Demişdi ki, İran səfirliyindən verilən məlumatda bildirilib ki, həmin həkim cərrah ixtisasına sahib deyil. Azərbaycanda isə bu həkim cərrahiyyə əməliyyatlarını həyata keçirir.
F.Mehdiyev əcnəbi həkimlərin ölkədə fəaliyyət göstərməsi üçün aidiyyəti qurumlardan icazə alınmalı olduğunu vurğulamışdı.
Sitat: “Doğrudur, Sirus Qoçqani icazəli şəkildə ölkədə fəaliyyət göstərsə də, bəzi 1 həftəlik, 10 günlük fəaliyyət üçün ölkəyə gələn həkimlərin çoxu üçün bu icazə alınmır. Bu həkimlərin məsuliyyət daşıması hüquqi əsaslarla tənzimlənir. Bu həkimlər yerli həkimlərlə eyni məsuliyyəti daşıyır. Bu, həm cinayət, həm də mülki məsuliyyətdir. Həkimləri dəvət edən tibb müəssisələri də müvafiq sənədləri yoxlamadan əcnəbi həkimləri işə götürürsə, onda həmin müəssisənin də məsuliyyəti ağırlaşır”.
Hüquqşünas bildirib ki, həkimlər fəaliyyətində yol verdiyi qüsurlara görə cinayət məsuliyyətindən daha çox mülki məsuliyyətə cəlb olunmalıdır: “Çünki bu qəsdli cinayət sayılmır. Ona görə elə həkimlərə tətbiq edilən sanksiyalar aşağıdakılar olmalıdır:
– Lisenziyası müəyyən müddətdə dayandırılmalıdır;
– Təkrar imtahan vermək üçün oxumağa göndərilməlidir;
– Zərərçəkmiş şəxsə, yaxud onun ailəsinə kompensasiya ödəməlidir.
Təəssüflər olsun ki, Azərbaycanda həkimlər zərərçəkmişə ödəməli olduğu pulu rüşvət formasında verərək, məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu sahədə hüquq-mühafizə xidmətləri, məhkəmələr davamlı surətdə işləməlidir”.
S.Qoçqani dayandırılmasa, onun bioqrafiyasına 4-cü, 5-ci…. 15-ci Azərbaycan vətəndaşının ölümünün yazılmayacağına kimsə təminat verə bilməz.
Mənbə: Müsavat.com
Əvvəlki yazı

Yeni icra başçısının iş otağında ilk görüntüsü

Sonrakı yazı

DSX generalı barəsində həbs qətimkan tədbiri seçildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.