İran Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir: “İranın Ciddədəki Baş Konsulluğu və ölkənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında Daimi Nümayəndəliyi rəsmi olaraq mərasimlə açılıb”. Bağdaddakı danışıqlardan sonra İranın İƏT-dəki Daimi Nümayəndəliyinin fəaliyyətini bərpa etdiyini bildirən İran Xarici İşlər Nazirliyi, “İranlı zəvvarlar Həcc ziyarətinə yola düşməzdən əvvəl Baş Konsulluq praktiki olaraq fəaliyyət göstərib. O, rəsmi olaraq konsulluğun üzərində İran dövlət bayrağının qaldırıldığı mərasimlə yenidən açılıb”.