İranın Milli Təbii Qaz Şirkətinin (NIGC) baş direktoru Məcid Cegeni ölkəsinin təbii qaz ixracı planları ilə bağlı İran mediasına mühüm açıqlamalar verib.
Çegeni, “İranın təbii qazı Avropaya ixrac edilərsə, Türkiyə üzərindən Avropaya təbii qaz ixrac edə bilərik” dedi.
Türkiyənin də Avropaya təbii qaz ixracatına müsbət baxdığını deyən Çegeni məsələ ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparıldığını, lakin hələlik qəti qərarın verilmədiyini qeyd edib. Çegeni, “Pakistan, Əfqanıstan və Oman da İran təbii qazına can atırlar. Biz onlarla lazımi danışıqları davam etdiririk. Ancaq bəzi ölkələrlə müqavilə bağlamaq üçün lazım olan infrastruktur hələ hazır deyil.