İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma qeydə alınıb.
APA-nın Tehran bürosunun məlumatına görə, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub.
Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb.