İranın İsfahan əyalətində F-7 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində təyyarənin hər iki pilotu ölüb. Ölənlər mayor və baş leytenantdır.
Qeyd edək ki, Çin istehsalı olan F-7 çoxməqsədli qırıcısı SSRİ-nin MiQ-21 təyyarəsinin surətindən ibarətdir. Hazırda bu təyyarə əsasən üçüncü dünya ölkələrinin inventarındadır.
Discussion about this post