Cümə, Fevral 3, 2023
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Manşet

İranda hicab qiyamı – Küçələrə axışan qadınlar nə istəyir…

2022-09-20
in Manşet
İranda hicab qiyamı – Küçələrə axışan qadınlar nə istəyir…

İranda hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub. Gənc qızın polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını deyən sakinlər küçələrə axışaraq, etiraz səslərini ucaldıblar.

Sentyabrın 13-də paytaxta gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.

 

İranın rəsmi qurumları onun ürək tutmasından öldüyünü iddia etsə də, ailəsi Məhsanın sağlam olduğunu bəyan edib. Bildirilib ki, qız xəstəlikdən deyil, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Gənc qızın anası və yaxınları hadisədən sonra aksiya keçirməyə, beynəlxalq təşkilatlara çağırış etməyə başlayıblar. Paytaxt qadınları xəstəxananın qarşısına toplaşaraq hökumətə qarşı şüarlar səsləndiriblər.

 

Dəfn mərasimində iştirak edən minlərlə vətəndaş İranın ali dini lideri Əli Xameneyini nəzərdə tutan “Ölüm olsun diktatora” şüarını səsləndiriblər.

 

Məhsa Əmininin ailəsinin verdiyi məlumata görə, Tehran hökuməti ölüm səbəbləri barədə məhkəmə ekspertizası araşdırması olmadan tələsik dəfn mərasiminin keçirilməsini tələb edib və buna görə ailəyə təzyiq göstərilib.

 

Dəfn mərasimində Məhsa Əmininin ailəsi və yasa qatılanlar arasında qarşıdurma yaranıb. İranalı qadınlar etiraz əlaməti olaraq hicablarını çıxarıblar.

Məhsa Əmininin öldürülməsinə cavab olaraq Beynəlxalq Əfv Təşkilatı bəyanat yayıb.

 

Qurum şübhəli ölümə səbəb olan hallar, o cümlədən təcridxanada işgəncə və digər pis rəftara dair xəbərlərin cinayət işi üzrə araşdırılmasına zəmin yaratdığını bildirib.

 

Daha sonra İranın bir çox yerlərində qadınların etiraz aksiyalarına start verilib. Dünyanın dörd bir yanından iranlı qadınlara dəstək nümayiş olunub.

 

Bu dəfə aksiya iştirakçıları ötən illərlə müqayisədə daha qətiyyətli görünür. Nümayişlərdə daha çox etnik kürdlər fəaldırlar. Buna səbəb öldürülən qızın milliyyətcə kürd olmasıdır. Etiraza qalxan qadınlara onlara azadlıq verilməsinin, hicaba görə cəzaların ləğvini tələb edirlər.

 

Qadınlarn aksiyaları hələlik azərbaycanlıların yaşadığı ərazilərdə yayılmayıb. Etnik türklər aksiyalara qoşulmayıb.

Onu da bildirək ki, bu, İranda qadınların ilk aksiyası deyil. Müxtəlif illərdə iranlı qadınlar hicab taxmaq istəmədiklərini dilə gətirərək aksiya keçiriblər. Amma hər dəfə polis tərəfindən aksiyalar dayandırılıb və onların tələbləri yerinə yetirilməyib.

 

İndi isə qadınlar polislərin təzyiqinə baxmayaraq, şəhərin mərkəzində hicablarını yandırmaqla dirəniş göstərirlər. Bəzi qadınların parklarda, küçələrdə və dəniz kənarında hicabsız gəzməsini əks etdirən videolar yayılmaqdadır. Bir çoxlarının isə şortik və köynək geyindiyini kadrlardan görmək olar.

 

Minlərlə insanın izlədiyi və paylaşdığı videolardan birində qadının çimərlikdə gəzərkən çadrasını çıxararaq yerə atdığı və onu tapdalayaraq ərazidən uzaqlaşdığı anlar əks olunub.

“Bizi öz mülkünüz kimi görürsünüz. Sizin ləyaqətinizə xidmət etdiyimizi düşünürsünüz. Bizi zəif və kövrək görürsünüz və öz güvənsizliyinizi ört-basdır etmək üçün başımızı örtməyə məcbur edirsiniz. Biz hakimiyyətdən də bezmişik. Bütün qadınlar bizə qoşulmalıdır”.

 

İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ajeei qadınların nümayişinin arxasında xarici qüvvələrin dayandığını deyib və kəşfiyyat xidmətlərinə “məsul şəxslərin tapılmasını” əmr edib.

 

İran Prezidenti İbrahim Rəisi isə “mütəşəkkil korrupsiyanın qarşısını almaq” öhdəliyi götürüb. Bununla belə, bir çox qadınlar bütün təhlükələrə rəğmən aksiyaları sonadək davam etdirəcəklərini vurğulayıblar.

 

Qeyd edək ki, İranda hicab taxmamaq cinayətdir. Buna görə qadınlara ağır cəzalar tətbiq olunur.

ShareSendTweetShare
Previous Post

“Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımırıq…” – Açıqlama

Next Post

Azərbaycan 95 erməni meyitini təhvil verdi

Related Posts

Rumıniya Prezidenti Azərbaycana gəldi
Manşet

Rumıniya Prezidenti Azərbaycana gəldi

by reportyor info
2023-02-02
“İcbari Sığorta” deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi
Manşet

“İcbari Sığorta” deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi

by reportyor info
2023-02-02
Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım etdi – FOTO
Manşet

Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım etdi – FOTO

by reportyor info
2023-02-02
Vilayət Eyvazovdan yeni təyinat
Cəmiyyət

Vilayət Eyvazovdan yeni təyinat

by reportyor info
2023-02-02
Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu – FOTO/VİDEO
Manşet

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu – FOTO/VİDEO

by reportyor info
2023-02-02

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Yasamalın icra başçısı yaşıllığı məhv etdirdi, tikintiyə görə… – Video

Yasamalın icra başçısı yaşıllığı məhv etdirdi, tikintiyə görə… – Video

2023-02-03
Ermənistanda generalın məhkəməsi başlayır

Ermənistanda generalın məhkəməsi başlayır

2023-02-03
Akif Çovdarovla bağlı bazar qarşıdurması böyüyür

Akif Çovdarovla bağlı bazar qarşıdurması böyüyür

2023-02-03
Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? – VİDEO

Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? – VİDEO

2023-02-03
Sevməyi bacarmayan bürclər – Kimlər sevgini qarşı tərəfdən gözləyir?

Sevməyi bacarmayan bürclər – Kimlər sevgini qarşı tərəfdən gözləyir?

2023-02-03
“Security Operation Services” MMC Gənclər Gününə həsr olunan tədbir keçirib – FOTOLAR

“Security Operation Services” MMC Gənclər Gününə həsr olunan tədbir keçirib – FOTOLAR

2023-02-02
Kamran Əliyev bu şəhərin prokurorunu işdən çıxardı

Kamran Əliyev bu şəhərin prokurorunu işdən çıxardı

2023-02-02
Rumıniya Prezidenti Azərbaycana gəldi

Rumıniya Prezidenti Azərbaycana gəldi

2023-02-02
Abşeron rayonunda “2 Fevral – Gənclər Günü” qeyd edilmişdir

Abşeron rayonunda “2 Fevral – Gənclər Günü” qeyd edilmişdir

2023-02-02
“İcbari Sığorta” deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi

“İcbari Sığorta” deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi

2023-02-02
Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım etdi – FOTO

Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım etdi – FOTO

2023-02-02
Anar Kərimovun qohumunun işində nöqsanlar aşkarlandı, vəzifədən azad edildi

Anar Kərimovun qohumunun işində nöqsanlar aşkarlandı, vəzifədən azad edildi

2023-02-02
Sabah hava yağıntılı olacaq

Sabah hava yağıntılı olacaq

2023-02-02
Səbinə Əliyeva Bəxtiyar Hacıyevlə görüşdü

Səbinə Əliyeva Bəxtiyar Hacıyevlə görüşdü

2023-02-02
İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

2023-02-02
Ali Məhkəmə Ata Abdullayevla bağlı qərar verdi 

Ali Məhkəmə Ata Abdullayevla bağlı qərar verdi 

2023-02-02
Lavrov: “Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını geri qaytardı”

Lavrov: “Ermənistan əraziləri işğal etmişdi, Azərbaycan torpaqlarını geri qaytardı”

2023-02-02
Həyat yoldaşı Tünzalənin xəstəliyindən yazdı

Həyat yoldaşı Tünzalənin xəstəliyindən yazdı

2023-02-02
Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

2023-02-02
Həbs olunan İran casuslarını hansı cəza gözləyir? – Vəkil açıqladı

Həbs olunan İran casuslarını hansı cəza gözləyir? – Vəkil açıqladı

2023-02-02
Azərbaycanda Gənclər Siyasəti uğurlu nəticələr verir

Azərbaycanda Gənclər Siyasəti uğurlu nəticələr verir

2023-02-02
Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu – FOTO/VİDEO

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu – FOTO/VİDEO

2023-02-02
Prezident Dövlət katibinin nümayəndəsini qəbul etdi

Prezident Dövlət katibinin nümayəndəsini qəbul etdi

2023-02-02
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə

2023-02-01
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı – FOTOLAR

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı – FOTOLAR

2023-02-01
Natəvan Bayramovaya yeni vəzifə verildi

Natəvan Bayramovaya yeni vəzifə verildi

2023-02-01
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

2023-01-31
Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

2023-01-31
Metro və marşrut avtobuslarında gedişhaqqı artırıldı

Metro və marşrut avtobuslarında gedişhaqqı artırıldı

2023-01-31
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi: 7 nəfər saxlanıldı

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi: 7 nəfər saxlanıldı

2023-01-31

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728  
« Yan    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Home
  • Landing Page
  • Buy JNews
  • Support Forum
  • Contact Us

© 2022 Reportyor.info