“İran Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə Laçın dəhlizi məsələsinin tezliklə həllinə ümid edir”.
Reportyor.info ISNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
O əlavə edib: “İran həmişə Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyannaməsinin şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər”.
N. Kənani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.