İran və Türkiyə arasında aviareyslər bərpa edilir.
Reportyor.info xəbər verir ki, bu barədə İranın Aviasiya Şirkətləri Birliyinin katibi Məsud Əsədi Samani deyib.
O bildirib ki, sentyabrın 1-dən etibarən iki ölkə arasında uçuşlar həyata keçiriləcək. Türkiyədən Tehrana həftədə 21 uçuş, Təbriz və Şiraza isə 4 uçuşun təşkil olunması planlaşdırılıb. Sentyabrın 5-dən isə Türkiyədən daha iki şəhərə – Məşhəd və İsfahana da uçuşlar olacaq.
İrandan da Türkiyənin müxtəlif şəhərlərinə uçuşların həyata keçiriləcəyi bildirilib.