Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

İran rəsmisi Moskvanı ittiham etdi:“RUSİYA SURİYADA İRANA QARŞI İSRAİLLƏ BİRGƏ HƏRƏKƏT EDİR” – Təhlil

2019-01-30
in Manşet
0
İran rəsmisi Moskvanı ittiham etdi:“RUSİYA SURİYADA İRANA QARŞI İSRAİLLƏ BİRGƏ HƏRƏKƏT EDİR” – Təhlil
17
Paylaşılıb
10
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Lebanon24 (Livan), 29.01.2019

Bənzər Yazılar

Test azaldı, yoluxma sayı kəskin endi

DİN-dən Bakıdakı aksiyası ilə bağlı açıqlama

Bakıda feministlərin yürüşü: saxlananlar var – Fotolar/Yenilənir

 

Heç bir şübhə yoxdur ki, Suriyada Rusiya-İran işbirliyi strateji deyil, taktiki səciyyə daşıyır. Moskva və Tehran arasındakı münasibətlər bölgədə qızğınlaşan İran-Amerika-İsrail münaqişəsi üzündən son günlərdə yeni mərhələyə girib.

Moskva Təl-Əvivi Suriyada Rusiya savaş təyyarəsinin qəzası və 25 ekipaj üzvünün həlakında ittiham edərək İsrailin etirazlarına baxmadan 2018-in sentyabrında Dəməşqə S-300 zenit-raket sistemi tədarük edib. Rusiyanın S-300 zenit-raket kompleksləri Suriya hava məkanını İsrailin hava hücumlarından  qorumaq, Rusiya təyyarələrinin təhlükəsizliyini təmin etmək və Suriya ərazisinə zərbə endirən döyüş aviasiyasının radiolokasiya stansiyaları və sistemlərinin işini pozmaqda Dəməşqə yardım olur. Lakin İsrailin Suriya paytaxtına və çevrəsinə, aeroportlarına, guya İranın ekspert və müşavirlərinin, İslam İnqilabı Keşikçiləri Korpusu və “Hizbullah”ın bazaları olan obyektlərinə son zərbələri iranlılarda şübhə doğurub. Onlar Moskvanı İsraillə işbirliyi və S-300 HHM sisteminin işini bilərəkdən pozmaqda ittiham edirlər. Bunu İran Milli Təhlükəsizlik Komitəsi və Xarici Siyasət Şurasının başçısı Hişmətulla Fələhətpişə bildirib. Onun sözlərinə görə, Suriya ərazisinə istənilən zərbə haqqında Rusiya və İsrail arasında dəqiq əlaqələndirmə var.

S-300 zenit-raket sistemi İsrail qırıcılarının Suriya ərazisnin üstündən uçmağına niyə mane olmur?

İsrailin təhlükəsizliyi Rusiyanın əsas prioritetlərindən biridir. İsraillilər, amerikalılar və iranlılar, türklər və Dəməşqdəki hökumət daxil olmaqla qalan bütün tərəflər bunu bilirlər. Rusiya xarici işlər naziri müavini Sergey Ryabkov ötən cümə CNN-ə eksklüziv müsahibədə bildirib ki, Suriya məsələsi üzrə Rusiya və İran arasındakı münasibətləri təsvir etməkdən ötrü “müttəfiq” terminini işlətməzdi. O, əlavə edib: “İsrail dövlətinin etibarlı müdafiəsini təmin edən tədbirlərin önəmini hər bir halda dəyərləndiririk”.

Suriyanınn məlumatlı qaynaqları “Livan-24”ü məlumatlandırıblar ki, Rusiya İranın Suriyadakı təsirini zəiflətmək qərarı alıb və haradasa, üç ay qabaq bu yöndə ciddi işə başlayıb. İsrail baş naziri Benyamin Netanyahunun Moskvaya dəfələrlə səfəri, habelə Tehranın Dəməşqdə rolunun zəiflədilməsinə dair Rusiya və ABŞ arasında əldə edilən qarşılıqlı anlaşma haqda xəbər verilir. İran gücləri Suriya bölgələriin çoxunda iştirak edirsə, Rusiya hərbi bölmələri də onlardan geri qalmırlar. Qaynaqların sözlərinə görə, Moskva bölgədə öz nüfuzunu daha da gücləndirmək və sabitliyi təmin etməkdən ötrü İranın Suriyada iştirakını müəyyən dərəcədə məhdudlaşdırmağa qabil güc kimi qavranılır.

Elə həmin qaynaqlara görə, Rusiya prezidenti Vladimir Putinin terrorizmlə savaşda iştirak qərarı strateji önəmli bölgədə Rusiya maraqlarının təmin edilməsinə yönəlib. Kreml ABŞ-dan fərqli olaraq Fələstin məsələsinin müdafiəçsi deyil, amma bununla belə, dünyada və hər şeydən qabaq Fələstin-İsrail münaqişəsinin tənzimlənməsində rol oynaya bilər.

Rusiya dəstək üçün bölgə güclərinə ehtiyac duyduğuna baxmayaraq, İranı qurban verə bilərmi?

Həsən Nəsrullah bazar ertəsi Livanın “əl-Məyadin” telekanalına Suriya-İran münasibətləri haqda üçsaatlıq müsahibə verib. O, Rusiya və İran arasında meydana çıxmış fikir ayrılıqları haqda KİV-lərdəki söz-söhbəti yada salıb. Amma Suriya qaynaqları Moskvanın Tehrandan da Ankaradan olduğu qədər uzaqlığından danışmaqdan çəkinmirlər. Rusiya və İran təkcə Suriyada əməkdaşlıq edir, buna görə də müttəfiq sayıla bilməz. O biri yandan, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında Suriya məsələsi üzrə təhlükəsizlik zonalarının yaradılması, Suriyanın şimalındakı hadisələr və Astana konfransına dair sıx əlaqə var.

Bundan savayı, ölkələr arasında iqtisadi və hərbi əməkdaşlıq var. Ötən həftə iki dövlət liderlərinin görüşü baş tutub, onlar ABŞ-ın gedişindən sonra Suriya-Türkiyə sərhədi boyunca “təhlükəsizlik zonası”ndakı gərginliyin azaldılması üzrə addımları müzakirə ediblər. Türkiyə və ABŞ arasındakı gərginlik yalnız güclənir, Moskva buna görə də Ankara ilə işbirliyini möhkəmləndirməyə çalışır. Rusiya İranla birgə ABŞ-a qarşı yeni ox formalaşdırmayacaq, çünki bu, ideologiyaca İsrailə qarşı köklənib. Siyasi çevrələrdə deyirlər ki, amerikalıların gedişindən sonra Ankaranın Suriyanın şimalındakı əraziləri idarə etməkdə təkidli tələblərinə görə Türkiyə və Rusiya arasında münasibətlər bir qədər gərginləşməyə başlayıb, halbuki Moskva bu bölgələri Suriya ordusunun nəzarətinə vermək istəyir.

Tərcümə Strateq.az-ındır.

Paylaş17TweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Qarabağ Komitəsi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi –AÇIQLAMA

Sonrakı yazı

Keçmiş mətbuat xidmətindən nazirliyə ittihamlar

Sonrakı yazı
Keçmiş mətbuat xidmətindən nazirliyə ittihamlar

Keçmiş mətbuat xidmətindən nazirliyə ittihamlar

“Sosial Mənzillər 4 dəqiqə 22 saniyəyə satılıb” – Ziddiyətli açıqlama

“Sosial Mənzillər 4 dəqiqə 22 saniyəyə satılıb” – Ziddiyətli açıqlama

İsgəndər Həmidov saxlanıldı və sərbəst buraxıldı – “Profilaktik söhbət aparılıb”

İsgəndər Həmidov saxlanıldı və sərbəst buraxıldı – “Profilaktik söhbət aparılıb”

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

2021-03-08
Test azaldı, yoluxma sayı kəskin endi

Test azaldı, yoluxma sayı kəskin endi

2021-03-08
DİN-dən Bakıdakı aksiyası ilə bağlı açıqlama

DİN-dən Bakıdakı aksiyası ilə bağlı açıqlama

2021-03-08
Pərvin sinə dekolteli olay oldu

Pərvin sinə dekolteli olay oldu

2021-03-08
Daha bir şəhidimiz dəfn olundu

Daha bir şəhidimiz dəfn olundu

2021-03-08
Bakıda feministlərin yürüşü: saxlananlar var – Fotolar/Yenilənir

Bakıda feministlərin yürüşü: saxlananlar var – Fotolar/Yenilənir

2021-03-08
BMT-nin mötəbər tədbirində Ermənistanın cinayətləri ifşa edildi

BMT-nin mötəbər tədbirində Ermənistanın cinayətləri ifşa edildi

2021-03-08
İcra başçısı sabiq məmura vəzifə verdi

İcra başçısı sabiq məmura vəzifə verdi

2021-03-08
Məşhur amerikalı reper qətlə yetirildi

Məşhur amerikalı reper qətlə yetirildi

2021-03-08
Badamdarda sürüşmənin səbəbi açıqlandı – Rəsmi

Badamdarda sürüşmənin səbəbi açıqlandı – Rəsmi

2021-03-08
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2021-03-08
Zəngilanda postlar quruldu, təhlükəsizlik tədbirləri gücləndirildi

Zəngilanda postlar quruldu, təhlükəsizlik tədbirləri gücləndirildi

2021-03-08
“Feminist aksiyaları Qərbin qrant layihəsidir” – TV rəhbərindən şok açıqlama

“Feminist aksiyaları Qərbin qrant layihəsidir” – TV rəhbərindən şok açıqlama

2021-03-08
“Space“-də daha bir veriliş bağlandı

“Space“-də daha bir veriliş bağlandı

2021-03-08
“Şuşa Azərbaycanındır” deyən erməni qadın

“Şuşa Azərbaycanındır” deyən erməni qadın

2021-03-08
Arutyunyan Qırmızı Bazara gəldi

Arutyunyan Qırmızı Bazara gəldi

2021-03-08
Feministlərin tək dərdi qadına şiddətdir? – Ramin Hacılı danışdı

Feministlərin tək dərdi qadına şiddətdir? – Ramin Hacılı danışdı

2021-03-08
Badamdarda sürüşmə olub, restorana zərər dəyib

Badamdarda sürüşmə olub, restorana zərər dəyib

2021-03-08
Gəncədə faciə: ana və iki azyaşlı övladı dəm qazından boğuldu

Gəncədə faciə: ana və iki azyaşlı övladı dəm qazından boğuldu

2021-03-08
Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm”

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm”

2021-03-08

Seçmə

  • Bütün
  • SEÇMƏ
Daha bir şəhidimiz dəfn olundu
SEÇMƏ

Daha bir şəhidimiz dəfn olundu

2021-03-08
“Space“-də daha bir veriliş bağlandı
SEÇMƏ

“Space“-də daha bir veriliş bağlandı

2021-03-08
Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə
SEÇMƏ

Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə

2021-03-08
Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…
SEÇMƏ

Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

2021-03-06
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto
SEÇMƏ

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

2021-03-08
Test azaldı, yoluxma sayı kəskin endi

Test azaldı, yoluxma sayı kəskin endi

2021-03-08
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.