18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İran, Qazaxıstan və Türkmənistandan hesab sormalıyıq” – Analitik

15 Avqust 2020, 09:26
Gündəm
A A
“İran, Qazaxıstan və Türkmənistandan hesab sormalıyıq” – Analitik

Rusiya silahlarının son partiyası işğalçı Ermənistana Azərbaycanla yaxşı münasibətləri olan üç ölkə üzərindən daşınıb – İran, Qazaxıstan və Türkmənistan. Məlum olub ki, Rusiyanın İL-76 hərbi nəqliyyat təyyarələri hərbi yükləri hər üç dövlətin hava məkanından keçməklə işğalçı dövlətə çatdırılıb.

Moskvanın bu addımı ilə bağlı rəsmi Bakı açıq şəkildə fikrini ifadə edib. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefon zəngini açaraq 400 ton silahın işğalçıya göndərilməsinə görə narahatlığını dilə gətirib.

Amma bu məsələdə bizi narazı salan təkcə Kreml deyil, adıçəkilən üç ölkə də səmasını Ermənistana gedən hərbi sursat üçün açıq buraxıb. Halbuki qonşu Gürcüstan öz hava məkanını verməkdən imtina edib. Azərbaycana dost-qardaş olan Qazaxıstanla Türkmənistan isə əks addım atıb.

Politoloq Elxan Şahinoğlunun fikrincə, dövlət başçısı Putinlə telefon danışığında hərbi yüklərin daşınmasında Rusiyanın bu siyasətindən narahatlığını bildirməklə yanaşı İran, Qazaxıstan və Türkmənistanın adını təsadüfən çəkməyib. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, birincisi, bu, Azərbaycanın dost dövlətlərdən ciddi kəşfiyyat məlumatlar əldə etdiyini göstərir:

“Rəsmi Bakı həmin məlumatlarda təyyarələrin hansı trayektoriyalardan uçduğunu yaxşı öyrənib. Təbii ki, Rusiya hərbi yükü Azərbaycan üzərindən daşıya bilməzdi, Gürcüstan isə buna imkan verməzdi. Yeganə istiqamət qalırdı – İran, Qazaxıstan və Türkmənistan”.

E.Şahinoğlu təəssüf edir ki, türkdilli ölkələrin birliyindən, əməkdaşlığından danışırıq, amma tam fərqli münasibətlə qarşılaşırıq: “Görürük ki, iki türkdilli dövlət digər türkdilli dövlət olan Azərbaycanın torpaqlarını işğal etmiş ölkəyə silah daşınmasına göz yumur, razılıq verir”.

Analitik hesab edir ki, Azərbaycan prezidenti Putinlə danışığında həmin ölkələrə də öz ismarışını çatdırmış olub: “Əlbəttə, İlham Əliyev onların adını çəkməklə bu ölkələrə mesaj vermiş oldu ki, Azərbaycana zidd siyasət yürütdünüz. Axı biz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındayıq, bir-birimizə dəstək verməliyik.

Lakin göründü ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ciddi struktura çevrilməyib, onun nüvəsini, sadəcə, Azərbaycanla Türkiyə strateji müttəfiqliyi təşkil edirmiş”.

E.Şahinoğlu İrana gəlincə, qeyd etdi ki, rəsmi Tehran hər zaman ərazi bütövlüyümüzü dəstəklədiyini söyləyir: “Amma əməlində tərsinin şahid oluruq. İran həmin təyyarələrin öz səmasına uçmasına icazə verməməliydi. Əgər razılıq veribsə, deməli, onlar da işğalçı Ermənistanın Azərbaycana qarşı silahlanmasında maraqlıdır. Bundan sonra nə etməliyik, əgər İlham Əliyev üç ölkənin adını çəkibsə, Rusiyanın bu siyaətinə görə cəsarətli şəkildə Putinə narahatlığını bildiribsə, eynilə Xarici İşlər Nazirliyi hər üç ölkəyə də etirazını çatdırmalıdır. Necə olub ki, sizin hava məkanınızdan Ermənistana silah daşınıb? Niyə buna icazə vermisiniz? Aydındır ki, onlar Rusiya ilə tərəfdaş ölkələrdir. Amma Moskvaya izah edilə bilərdi ki, Azərbaycan bizə dost ölkədir və ona qarşı yönəlmiş addımdır. Bunu etməyiblərsə, xoş niyyət ortaya qoymayıblar və hesabı sorulmalıdır”.

Əvvəlki yazı

Vitse-spiker: ““Rusiya düşməni silahlandırır”

Sonrakı yazı

Avqustun 18-dən kafe və restoranlar açılır – Rəsmi

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.